Ceyhunu ermənilər qətlə yetirib?
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Xəbər verdiyimiz kimi, iyunun 9-da naməlum şəraitdə itkin düşmüş Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin hərbi qulluqçusu, əsgər Hüseynov Ceyhun Tofiq oğlunun ölümü ilə bağlı cinayət işi açılıb.
Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, C.Hüseynovun qətlə yetirilməsinin dəqiqləşməsi ilə bağlı açılan cinayət işinin maddəsi onun erməni silahlı birləşmələri tərəfindən öldürülməsi ilə bağlı şübhələr yaradır. Faktla bağlı Cinayət Məcəlləsinin 120.2.12-ci, yəni, milli, irqi, dini ədavət və ya düşmənçilik niyyəti ilə adam öldürmə maddəsinin tətbiq edilməsi bunu deməyə əsas verir. Hadisənin hansı şəraitdə və necə baş verməsi aparılan istintaq tədbirlərinin yekununda məlum olacaq. Hazırda başlanmış cinayət işinin ibtidai istintaqı davam etdirilir.
Elə Ceyhunun itkin düşməsi ilə bağlı ilkin xəbər yayılandan bir neçə saat sonra erməni mediası əsgərimizin Naxçıvan istiqamətindən Ermənistan ərazisinə keçdiyi ilə bağlı məlumat yaymışdı. Daha sonra Ermənistan Milli Təhlükəsizlik Xidməti Azərbaycan Ordusunun hərbi qulluqçusunun sərhədi keçmə ehtimalı ilə bağlı məlumata sahib olmadığını bildirmişdi.
Ermənistan silahlı birləşmələrinin bu ilin fevral ayında Zəngilanda atəş açaraq sərhədçimizi yaraladığı, hərbçilərimizin minaya düşərək şəhid olduğu, erməni diversantın gizli şəkildə Kəlbəcərə keçərək diversiya cəhdi göstərdiyi və digər hadisələrdə, eləcə də separatçıların lideri olmuş Arayik Arutyunyana da qeyd edilən maddə üzrə cinayət işləri açılıb.
Qeyd edək ki, Ceyhun Hüseynovun meyiti itkin düşdükdən 2 gün sonra Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Günnüt yaşayış məntəqəsi istiqamətində yerləşən ərazidə aşkar edilib. Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib ki, cinayət işi üzrə məhkəmə-tibbi, komplesk məhkəmə-ballistik, daktiloskopik və trasoloji eskpetizalar təyin edilib, hadisə yerinə və meyitə baxış keçirilib, şahidlər dindirilib. Habelə, iş üzrə əhəmiyyət kəsb edən predmetlər maddi sübut kimi götürülərək təxirəsalınmaz zəruri istintaq hərəkətləri icra olunur.
Onu da əlavə edək ki, Ceyhun Hüseynov ölkənin ən savadlı gənclərindən biri olub. Belə ki, o, 2016-cı ildə Akademik Zərifə Əliyeva adına liseyi qızıl medalla bitirib. Həmin il 627 balla ADA Universitetinin Beynəlxalq münasibətlər ixtisasına daxil olan Ceyhun daha sonra Yaponiyada mübadilə proqramı çərçivəsində təhsil alaraq yüksək göstərici ilə məzun olub. Magistr dərəcəsini Təl-Əvivdə alan Ceyhun vətənə qayıtdıqdan sonra hərbi xidmətə yollanıb.
Xatırladaq ki, Ceyhunun adını daşıdığı əmisi Hüseynov Ceyhun Tahir oğlu 1994-cü ildə Talış kəndi uğrunda döyüşərkən şəhid olub.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun
DİGƏR XƏBƏRLƏR
-
Xarici onlayn platformlardan alınan xidmətlərin qiyməti dəyişir - (Video)
-
"Sumqayıt yolu"ndakı tıxac problemi nə vaxt həll olunacaq? - (Video)
-
Qumbaranı evə Xədicənin qardaşı gətiribmiş - təfərrüat
-
Lənkəranda ağır qəza: "Mercedes Vito" TIR-a çırpıldı, ölənlər var - Yenilənib (Foto)
-
Tacir Şahmalıoğlu arıqlamasının səbəbini açıqladı
-
Tələbələr dərsə getmək üçün beton maneələri aşırlar - (Video)
XƏBƏR LENTİ
-
Yatanda işığı açıq saxlamaq ürəyə ziyandır
-
Bu aylarda doğulanların taleyi dəyişəcək
-
Xarici onlayn platformlardan alınan xidmətlərin qiyməti dəyişir - (Video)
-
Dünyanın ən gözəl şəhəri - Venesiya və Barselonanı geridə qoydu
-
Vatikan ilk dəfə “Oskar”a namizədlik üçün film təqdim edəcək
-
"Sumqayıt yolu"ndakı tıxac problemi nə vaxt həll olunacaq? - (Video)
-
Qumbaranı evə Xədicənin qardaşı gətiribmiş - təfərrüat
-
Lənkəranda ağır qəza: "Mercedes Vito" TIR-a çırpıldı, ölənlər var - Yenilənib (Foto)
-
Günün qoroskopu: İntuisiyanızın dediklərinə güvənin
-
Tacir Şahmalıoğlu arıqlamasının səbəbini açıqladı
-
Tələbələr dərsə getmək üçün beton maneələri aşırlar - (Video)
-
Toyda bəy əsəbləşərək tortu yerə çırpdı - (Video)
-
İmişlidə zəlzələ olub
-
Paşinyan referendumdan imtina etdi: "Hələlik tezdir"
-
Vinisus Junior əsas heyətdə mövqeyini itirə bilər
-
Gələn il Azərbaycanın müdafiə və milli təhlükəsizlik xərcləri 1,1 faiz artacaq
-
Şəhid xanımı 4-cü mərtəbədən yıxılıb öldü
-
Azərbaycanın 2027-ci ildə xərc üzrə siyasətinin əsas istiqamətləri açıqlanıb
-
Məşhurlar Üzüm və Şərab Festivalında konsert proqramı ilə çıxış edəcək - (Video)
-
Gələn il dollar neçəyə olacaq? - rəsmi
-
Məşhur müğənninin müəmmalı ölümü: iki həkim həbs edildi
-
Azərbaycanın inflyasiya proqnozu açıqlanıb
-
Azərbaycanın iqtisadi artım proqnozuı açıqlanıb
-
“Messinin transferi üçün 500 milyon təklif etmişdim” - Massimo Moratti





