Azərbaycan Cənubi Qafqazda multikulturalizmin ən yaxşı nümunəsidir - La Gazette du Caucase
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Azərbaycan həm milli ənənələri, həm də humanizmi əhatə edən multikulturalizm prinsiplərini özündə təcəssüm etdirən çox az ölkədən biridir.
Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə Fransanın onlayn La Gazette du Caucase qəzetində dərc olunan məqalədə deyilir.
"Çoxəsrlik tarixi və İpək Yolu üzərindəki strateji yerləşməsi sayəsində müxtəliflik daima Azərbaycan cəmiyyətinin ayrılmaz hissəsi olub. Bu gün Azərbaycanın şəhər və rayonlarında müxtəlif etnik qruplar dinc şəraitdə yaşayır, bərabər hüquqlardan istifadə edir, mədəni fəaliyyətlərini inkişaf etdirir", - məqalədə deyilir.
Müəlliflər qeyd edir ki, Azərbaycanın çoxtərəfliliyə sadiqliyinin bariz nümunəsi onun Qoşulmama Hərəkatına (QH) uğurlu sədrliyidir.
"2011-ci ildə Azərbaycan Balidə Qoşulmama Hərəkatına üzv dövlətlərin yekdil dəstəyi ilə hərəkatın tamhüquqlu üzvü olaraq qəbul edilib. 2019-cu ildə Bakıda keçirilən Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçılarının 18-ci Zirvə Toplantısında 120 BMT-yə üzv dövlətin və 42 beynəlxalq təşkilatın yüksək səviyyəli nümayəndələri iştirak edib.
Bakı sammitində Qoşulmama Hərəkatına 2019-2022-ci illər üzrə sədrlik Azərbaycana verilib. Daha sonra BMT-yə üzv dövlətlər Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyinin uğurlu olmasını nəzərə alaraq, Bakıdan sədrliyini daha bir il uzatmağı xahiş ediblər. Azərbaycan buna müsbət cavab verərək sədrlik müddətini 2023-cü ilə qədər uzadıb", - məqalədə deyilir.
Məqalədə, həmçinin, Ermənistanın Azərbaycan torpaqlarının 30 illik işğalı müddətində törətdiyi vəhşiliklər qeyd olunur.
"Uzun illər ərzində Ermənistan tərəfi Azərbaycan ərazisində guya "erməni irsinin məhv edildiyini" bar-bar bağıraraq, tarixi alban məbədlərinin bərpasına mane olmağa çalışıb. İndi isə, 200 il ərzində ilk dəfə olaraq Alban-Udi Xristian İcması sərbəst şəkildə öz məbədlərini ziyarət edə və əcdadlarının inşa etdiyi kilsələrdə edə bilər. Ermənilər artıq bölgənin tarixini istədikləri kimi diqtə edə bilmirlər.
Hətta iki ölkə arasında münasibətlərin ən pis olduğu dövrlərdə də Azərbaycanda erməni kilsələri fəaliyyətini davam etdirib. Lakin Qarabağ erməni işğalı altında olan zaman işğal olunmuş ərazilərdəki Azərbaycan məscidləri anbar kimi istifadə edilib, tarix və mədəniyyət abidələri isə vandalizmə məruz qalıb. Bu, bir daha göstərir ki, Azərbaycan və onun prinsipləri Cənubi Qafqazda böyük hörmətə layiqdir", - məqalədə qeyd olunub.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun
DİGƏR XƏBƏRLƏR
-
Eşşəkdən pələngədək: məşhurların ən qeyri-adi ev heyvanları
-
Gülben Ergen vəsiyyətnaməsini eks-həyat yoldaşına verəcək - (Foto)
-
45 yaşlı Adriana Limanın son görüntüsü - (Foto)
-
Evdə bişirib satanların nəzərinə: Yeni qaydalar gəlir, sertifikat tələb olunacaq - (Video)
-
Afra Saraçoğlu sərbəst buraxıldı - Yenilənib
-
Sabah bu ərazilərdə işıq olmayacaq
XƏBƏR LENTİ
-
Nə pilates, nə fitnes, nə də yoqa: Bədən üçün ən sağlam idman növü bəlli oldu
-
Eşşəkdən pələngədək: məşhurların ən qeyri-adi ev heyvanları
-
Ərinin geyiminə reaksiyası müzakirələrə səbəb oldu - (Video)
-
Ruh sağlamlığınızın pisləşdiyini göstərən 8 əlamət
-
Gülben Ergen vəsiyyətnaməsini eks-həyat yoldaşına verəcək - (Foto)
-
Suyun içinə 3 qaşıq əlavə edin: Siçanlar yolunu dəyişəcək
-
45 yaşlı Adriana Limanın son görüntüsü - (Foto)
-
Evdə bişirib satanların nəzərinə: Yeni qaydalar gəlir, sertifikat tələb olunacaq - (Video)
-
Həyat yoldaşınızın sizi aldatdığını büruzə verən 7 sözdən ibarət cümlə
-
Evinizdə bu çiçəkləri saxlamayın: Havanı zəhərləyir, təhlükə saçır
-
“Biz bir daha heç vaxt müstəqillik haqqında xəyal qurmamalıyıq” - Paşinyan
-
Bakıda 52 qəzalı bina söküləcək: Kompensasiya məbləği açıqlandı
-
Günün qoroskopu: Pula görə özünüzü stresə sala bilərsiniz
-
Qubadlıda yaşayış kompleksi tikilir - (Video)
-
Afra Saraçoğlu sərbəst buraxıldı - Yenilənib
-
Ceyhun Bayramov Dünya İqtisadi Forumunun təşkil etdiyi qeyri-rəsmi naharda iştirak edib
-
Sabah bu ərazilərdə işıq olmayacaq
-
Nikolas Keycin son halı - (Foto)
-
Evdə yoxsa şarj stansiyasında? Elektrikli avtomobillərin yürüşü və qiymətində kəskin fərq - (Video)
-
Xalq artisti Ramiz Həsənoğlu əməliyyat olundu - (Foto)
-
Məhəmməd Salah sürücülük hüququndan məhrum edildi
-
"Qəbzi deyil, hesabınızı yoxlayın": Vətəndaşları aldadan yeni dələduzluq üsulu
-
“Ömer Baba”: “Şaşmaz qardaşları dürüst adamlar deyil”
-
Xətai, Ağdaş və Yevlaxda qaz olmayacaq - Yenilənib





