Ölkə

Sürətlə quruyan Xəzər dənizindən yeni görüntülər - VİDEO

12 İyun 2024 11:41
Baxış: 1 267
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Quruyan Xəzər dənizindən yeni görüntülər yayılıb.

Milli.Az Xəzər TV-yə istinadən bildirir ki, görüntülərdə dənizin xeyli geri çəkildiyini görmək mümkündür.

Belə ki, Xəzərin Pirallahı adası ilə Abşeron yarımadasını ayıran hissəsində vəziyyət ürəkaçan deyil. Su geri çəkilib, bir vaxtlar suyun altında qalan qalıqlar üzə çıxıb.

Hesablamalar göstərir ki, Xəzərdə suyun səviyyəsi son altı ildə 69 santimetr, son 11 ildə isə 114 santimetr enib.

Ekoloqlar bildiriblər ki, ağır ekoloji vəziyyət canlı aləmə də ciddi ziyan vurub. Ən böyük ziyan isə suitilərə dəyib.

Anoloji vəziyyət Xəzər dənizinin Qazaxıstan və Türkmənistan hissəsinə də aiddir. 2023-cü ildə NASA problemin miqyasını göstərmək üçün Xəzərin Qazaxıstan hissəsinin 16 il əvvəl və 16 il sonra çəkilmiş iki peyk şəklini dərc edib. Fotolardan görünür ki, bəzi yerlərdə sahil xətti kilometrlərlə geri çəkilib. Kaydak körfəzi isə tamamilə quruyub.

Ekoloqların sözlərinə görə, bunun qarşısını süni yolla almaq mümkün deyil. Dəniz səviyyəsinin dinamikası barədə müddətli proqnoz vermək isə çətindir. Çünki bu günədək hazırlanmış uzunmüddətli səviyyə proqnozlarının heç biri özünü doğrultmayıb.

Ətraflı süjetdə:

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.