Ölkə

Misir və Azərbaycan Birgə İqtisadi və Texniki Komitənin iclasını keçirəcək - Rania Al-Maşat

8 İyun 2024 13:23
Baxış: 389
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Misir və Azərbaycan Birgə İqtisadi və Texniki Komitənin iclasını keçirəcək.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə Misirin beynəlxalq əməkdaşlıq naziri vəzifəsini icra edən Rania Al-Maşat jurnalistlərə deyib.

"Misirlə Azərbaycanın çox möhkəm əlaqələri var. Mən həm də həmkarım, Azərbaycanın iqtisadiyyat naziri ilə birgə Birgə İqtisadi və Texniki Komitəyə rəhbərlik edirəm. Əməkdaşlığın çox perspektivli istiqamətləri mövcuddur. Buraya infrastruktur, neft-qaz, İKT, eləcə də əczaçılıq sahələri daxildir. Qarşıdakı dövrdə bu sahələrdə əməkdaşlığın genişləndiriləcəyini gözləyirik", - o deyib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.