Ölkə

İki vəkilin fəaliyyəti dayandırıldı, birinə töhmət verildi - FOTO

8 İyun 2024 11:50
Baxış: 393
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Vəkillər Kollegiyası (ARVK) Rəyasət Heyətinin iclası keçirilib, iki vəkilin fəaliyyəti müvəqqəti dayandırılıb, birinə töhmət verilib.

Bu barədə Milli.Az-a Kollegiyadan məlumat verilib.

Bildirilib ki, vəkilliyə qəbulla bağlı ixtisas imtahanlarını və icbari təlimi uğurla başa vuran üç vəkilliyə namizədin andiçmə mərasimi keçirilib, onlara vəsiqələr təqdim edilib.

Həmçinin, Cinayət Prosessual Məcəlləsinə elektron cinayət təqibi ilə bağlı dəyişiklərə dair təkliflərə baxılıb və müsbət qərar çıxarılıb.

İclasda "Elektron vəkil orderi"nin tətbiqi ilə bağlı cari vəziyyət barədə məruzə dinlənilib. Nəzərə çatdırılıb ki, "Elektron vəkil orderi" vasitəsi ilə 37 Vəkil Bürosunda və fərdi qaydada fəaliyyət göstərən 18 vəkil tərəfindən indiyədək ümumilikdə 1000-dən artıq müqavilə imzalanılıb.

Həmçinin iclasda iki vəkilin dövlət qulluğuna qəbul olunması ilə əlaqədar vəkillik fəaliyyətlərinin dayandırılması və onların mükafatlandırılması qərara alınıb.

Vəkillərin İntizam Komissiyasının rəylərinə baxılıb və Rəyasət Heyəti tərəfindən yol verdikləri intizam pozuntularına görə 1 vəkilin fəaliyyəti 1 il müddətinə, 1 vəkilin fəaliyyəti 6 ay müddətinə dayandırılıb, 1 vəkilə töhmət verilib, 1 vəkilə irad tutulması barədə intizam tənbehləri tətbiq edilib, 3 vəkilə isə xəbərdarlıq olunub.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.