Ölkə

Prezidentin “Şöhrət” verdiyi Rafiq Aslanov kimdir? - Dosye

5 İyun 2024 16:23
Baxış: 1 203
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev Su təsərrüfatı və meliorasiya sahəsində səmərəli fəaliyyətinə görə Rafiq Sabir oğlu Aslanovu "Şöhrət" ordeni ilə təltif edib.

Milli.Az axar.az-a istinadən bildirir ki, R.Aslanov 1962-ci ildə Füzuli rayonunda anadan olub. O, 1984-cü ildə Azərbaycan İnşaat Mühəndisləri İnstitutunu, sonralar Azərbaycan Dövlət İqtisad Universitetini və Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasını bitirib.

1984 - 1993-cü illərdə Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Nazirliyinin bir sıra idarə və şöbələrində müxtəlif vəzifələrdə işləyib.

R.Aslanov 1993- 2006-cı illərdə Azərbaycan Respublikası Meliorasiya və Su Təsərrüfatı Komitəsinin və Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Meliorasiya və Su Təsərrüfatı Agentliyinin İqtisadiyyat, maliyyə və əmək haqqı idarəsində rəis vəzifəsində çalışıb. 2006-cı ildən isə Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədr müavinidir.

Sədr müavini Meliorasiya və su təsərrüfatının inkişafı sahəsindəki xidmətlərinə görə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə "Əməkdar mühəndis" fəxri adına layiq görülüb.

2018-ci ildə "III dərəcəli Əmək ordeni" ilə təltif edilib.

Ailəlidir, iki övladı var.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızAdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.