Azərbaycanda heyvan bazarında qiymətlər artıb - SƏBƏB
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Azərbaycanda heyvan bazarında qiymətlər artıb. Bunun isə Qurban bayramı ilə əlaqəli olduğu bildirilir. Artıq bayrama sayılı günlər qalıb. Hər il olduğu kimi bu il də qurbanlıq heyvanların qiymətində artım müşahidə olunur.
Milli.Az xəbər verir ki, Liberal İqtisadçılar Mərkəzinin sədri, iqtisadçı ekspert Akif Nəsirli İqtisadiyyat.az-a deyib ki, bayram ərəfəsində heyvan ətinin bahalaşacağı gözləniləndir.
Onun sözlərinə görə, çünki məqsədyönlü şəkildə qurbanlıq üçün sürətli alışlar başlayır: "Bayram ərəfəsində ətə tələbat artır və buna görə də qiymətlər müəyyən qədər qalxır. Bu, əsasən özünü topdansatış bazarında göstərir. Məsələn, topdansatış bazarında heyvan ətinin bir kiloqramının 23-25 manata qədər bahalaşdığını müşahidə etmək mümkündür. Amma bu, daxili bazarda satılma təyinatı ilə alınan heyvanlara bir qədər az təsir edəcək".
İqtisadçı həmçinin iribuynuzlu heyvanların qiymətində artımın bir o qədər də müşahidə olunmayacağını söyləyib: "Sadəcə olaraq o sahədə bir qədər pərakəndə satışda bahalaşma müşahidə oluna bilər. Çünki qurban kəsə bilməyən adamlar bayram günü 3-5 kiloqram heyvan əti alır. Qəssablar da qiymətlərdə müəyyən qədər artımlar edirlər".
A.Nəsirli bildirib ki, lakin bayramın isti havalara, yay ayına düşməsi qiymətlərin artmasının qarşısını bir qədər alacaq: "Çünki yayda o qədər də ətə tələbat olmur. Məsələn, qışda Qurban bayramında heyvan kəsməyən adam evə 5 kiloqram ət alacaqdısa, indi 2 kiloqram alacaq. Yəni tələbat da azdır. Bu da qiymətlərin bahalaşmasını cilovlayan bir amil kimi nəzərə alına bilər".
Ekspert eyni zamanda Azərbaycanda daxili bazarda ət qıtlığının yaşandığını deyib. O vurğulayıb ki, hazırda tələblər azalsa da, təkliflər çoxalıb. İqtisadçının sözlərinə görə, buna Gürcüstandan heyvan idxalının dayandırılması da müəyyən qədər təsir edib: "Məsələn, yanvar ayından indiyədək, yəni bu ilin ilk beş ayında təxminən qoyun ətinin topdansatış qiyməti 1-1,5 manat, bəzi növləri isə hətta 2 manat bahalaşıb. 6 aylığa qədər olan quzu ətinin qiyməti hazırda 22-23, bəzi hallarda isə 25 manatdır. Toğlu - yəni yetkin qoyun əti əvvəl 18 manata satılırdısa, indi 19 manata təklif olunur. Yaşı daha çox olan qoyun ətinin qiyməti isə bir qədər ucuzdur. Onlar 12-13, bəzən isə 15 manata satılır".
Xatırladaq ki, iyunun 16 və 17-də Azərbaycanda Qurban bayramıdır.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun
DİGƏR XƏBƏRLƏR
-
Hollivud məşuqələri: Evli kişilərlə görüşən 5 ulduz
-
Bilgəh qocalar evində 78 yaşlı qadının başqa müəssisəyə köçürülməsi etiraz doğurdu - (Video)
-
“Çox utandım, alt paltarlarımı satışa çıxarmışdılar“ - Şeron Stoun
-
Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür
-
“Əsrin müqaviləsi”nin imzalanmasından 32 il keçir
-
Azərbaycanda Dövlət Suverenliyi Günüdür
XƏBƏR LENTİ
-
Əhvalı yaxşılaşdırmağın gözlənilməz yolu
-
Hər gün bunu etsəniz bel ağrısından xilas olarsınız
-
Alkoqolu hansı məşhur içkilərlə qarışdırıb içmək olmaz?
-
Enerjini azaldan gündəlik səhvlər
-
Pendirli və göyərtili toyuq kotleti resepti
-
Hollivud məşuqələri: Evli kişilərlə görüşən 5 ulduz
-
Mineral suyu belə içənlər bütün şəfasını çölə atır: İllərdir səhv içirmişik
-
Tramp: “Süni İntellekt Qüvvələri” yaradılıb
-
Bilgəh qocalar evində 78 yaşlı qadının başqa müəssisəyə köçürülməsi etiraz doğurdu - (Video)
-
“Çox utandım, alt paltarlarımı satışa çıxarmışdılar“ - Şeron Stoun
-
Əbədi yaşamaq mümkündürmü? - Fizikdən açıqlama
-
Prezident İlham Əliyevin sosial media hesablarında 20 sentyabr - Azərbaycanın Dövlət Suverenliyi Günü ilə bağlı video paylaşılıb - (Video)
-
Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür
-
“Əsrin müqaviləsi”nin imzalanmasından 32 il keçir
-
Günün qoroskopu: Özünüzə qarşı həddindən artıq tələbkar olmayın
-
Azərbaycanda Dövlət Suverenliyi Günüdür
-
Fermerlər məhsul istehsalına başlamadan maliyyə ala biləcəklər - (Video)
-
61 yaşlı Monika Belluççi - (Foto)
-
"Böyük klub olmaq istəyiriksə..." - Valdas Dambrauskas
-
Bakıda məktəbin həyətində yanğın baş verib - (Foto)
-
Müğənni Dmitri Bikbayevin konsertdə əli trosdan sürüşdü, yıxıldı - (Video)
-
“Trabzonspor” “Qalatasaray”ı darmadağın edib
-
Serenay Sarıkayanın bir ev qiymətinə olan saatı - (Foto)
-
Əraqçi: İran ilə ABŞ arasında danışıqlar davam edir





