Ölkə

"Azərişıq" abonentlərə müraciət etdi

21 May 2024 17:56
Baxış: 4 738
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Azərişıq" ASC-nin Bakı şəhərinin bir sıra ərazilərində həyata keçirəcəyi təmir və təftiş işləri ilə əlaqədar elektrik enerjisinin verilməsində planlı fasilələr yaranacaq.

Milli.Az xəbər verir ki, qurum bununla bağlı abonentlərə müraciət edib.

Bildirilib ki, fasilələr müddətində kabel xətlərinin sınağı, mühafizə və avtomatika dövrələrinin yoxlanılması, transformator məntəqələrində torpaqlanma qurğularının yoxlanılması və başqa bu kimi profilaktik işlərin görülməsi nəzərdə tutulur.

Müraciətdə deyilir ki, bu barədə məlumatları "Azerishiq.az" saytında "Planlı fasilələr" bölməsində ətraflı şəkildə əldə etmək olar.

2024-cü ildə elektrik enerjisinin dayanıqlığının yüksəldilməsi, istehlakçıların keyfiyyətli elektrik enerjisi ilə təmin olunması Cəmiyyətin qarşıya qoyduğu ən vacib məsələlərdəndir.

Belə ki, yenidənqurma tədbirləri nəticəsində paytaxtın sıx məskunlaşılmış ərazilərində təhlükəsizlik tədbirləri və getdikcə artan tələbat nəzərə alınaraq bir sıra işlər görülməkdədir.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.