Ölkə

Sərhəddə bu ərazi Ordumuzun nəzarətinə keçdi

9 May 2024 14:33
Baxış: 910
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Məndə olan məlumatlara görə, Ermənistan ordusunun Tavuş istiqamətində dayandığı əlverişli mövqelər Azərbaycan Ordusunun nəzarətinə keçib. Bu mövqelər bizə yüksək taktiki-strateji üstünlüklər verirdi. Həmin mövqelər Ermənistan tərəfindən minalardan təmizlənərək, təhvil verilib.

Milli.Az Publika.az-a istinadla xəbər verir ki, bu barədə erməni hərbi ekspert Van Hambartzumyan deyib.

Onun sözlərinə görə, Azərbaycan bir güllə belə atmadan bu mövqeləri nəzarətə götürüb:

"Hazırda həmin istiqamətdə Azərbaycan Ordusu bütöv bir dağ silsiləsinin başında mövqelənib. Fikrimcə, baş verənlər kapitulyasiyadır. Əslində Azərbaycan tezliklə anklavlara yaxınlaşacaq. İndi proses sərhəd bölgəsində gedir, lakin 4 kəndin qaytarılması hər şeyin bitməsi yox, başlanmasıdır".

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.