Ölkə

Zaqataladakı dönərxananın sahibi danışdı

8 May 2024 07:35
Baxış: 953
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Xəbər verdiyimiz kimi, ötən gün Zaqatalada dönərdən kütləvi zəhərlənmə olub. Zəhərlənən şəxslərin hamısının şəhərin müxtəlif dönərxanalarında hazırlanmış dönərlərdən istifadə etdiyi bildirilib.

Milli.Az qafqazinfo.az-a istinadən xəbər verir ki, Baku TV Zaqatala rayonunda fəaliyyət göstərən dönərxanalardan birinin sahibi Rəsul Fətəliyev ilə həmsöhbət olub.

O bildirib ki, həmin gün 200 ədəd dönər satılıb:

"Mən daxil bütün işçi kollektivi dönərdən yedik, səhhətimizdə heç bir problem yoxdur".

Qeyd edək ki, hazırda zərərçəkənlərə tibbi yardımın göstərilməsi davam edir. 

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.