Ölkə

Güneydə tarixi qala məhv edilir

7 May 2024 21:25
Baxış: 428
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Güney Azərbaycanın Muğan bölgəsində yerləşən tarixi Ultan qalası ərazidə aparılan qanunsuz tikinti işləri səbəbindən tamamilə yox olmaq təhlükəsi qarşısındadır.

Milli.Az kult.az-a istinadən xəbər verir ki, bu barədə yerli mədəni fəallar məlumat yayıb.

Bildirilib ki, bununla bağlı Ərdəbil əyalətinin Mədəni İrs İdarəsinə edilən müraciətlər də cavabsız qalıb.

Qeyd edək ki, Ultan qalası Muğan düzündə, Araz çayının cənub sahilində, Ərdəbil əyalətinin Ultan kəndindən qərbdə, dəniz səviyyəsindən 67-73 m yüksəklikdə yerləşir.

Yerli əhalinin Ultan qalası adlandırdığı bu şəhər xarabalıqlarının qala divarları ilə müdafiə olunan sahəsi düzbucaq biçimdə olub, 33 hektar sahəni əhatə edir. Tədqiqatçılar Ultan qalasının parfiyalılar, bəziləri isə Sasanilər dövründə inşa edildiyini ehtimal edirlər.

Qala Nadir şahın hakimiyyəti dövrünə kimi qorunub saxlanıb, lakin sonralar ruslarla aparılan müharibələr nəticəsində dağılaraq xarabalığa çevrilib.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.