Ölkə

Kəlbəcərin Baş planı təsdiqləndi

2 May 2024 10:30
Baxış: 459
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Kəlbəcər şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planı" təsdiqlənib.

Milli.Az-ın xəbərinə görə, Nazirlər Kabineti bu barədə qərar verib.

Nazirlər Kabinetindən APA-ya verilən şərhdə bildirilib ki, "Kəlbəcər şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planı" Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 5.1.1-ci maddəsinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sifarişi ilə hazırlanıb.

Kəlbəcər şəhərinin sonuncu Baş planı 1969-cu ildə tərtib olunub və hesabat dövrü 2000-ci ilə qədərki müddəti əhatə edib.

Baş planda nəzərdə tutulan illər üzrə şəhər əhalisinin yaşayış fondu, sosial və mədəni-məişət xidməti obyektləri üçün ərazilər ayrılıb. Bundan əlavə şəhərin inkişafına uyğun olaraq təbii landşaftın qorunması və ərazi zonalarının nəzərə alınması ilə məskunlaşmanın aparılması prinsipi əsas götürülüb. Nəqliyyat və mühəndis-kommunikasiya təminatı infrastrukturu şəhərin inkişafına uyğun planlaşdırılıb.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.