Ölkə

Əli Əsədov qərar imzaladı

24 Aprel 2024 21:49
Baxış: 2 318
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Nazirlər Kabinetinin 2004-cü il 6 noyabr tarixli 177 nömrəli Qərarı ilə təsdiq edilmiş "Dövlət müəssisə və təşkilatlarının, habelə nizamnamə kapitalında dövlətin payı olan müəssisələrin balansında olan yararsız hala düşmüş, həmçinin oğurlanmış və ya naməlum şəraitdə itmiş əsas vəsaitlərin (fondların) silinməsi və bu vəsaitlərin söküntüsündən əldə edilən material qiymətlilərinin satışı üzrə Qaydalar"da dəyişiklik edilib.

Milli.Az xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb.

Qərara əsasən, vahidinin (dəstinin) ilkin balans dəyəri 5000 manata qədər olan əsas vəsaitlərin (fondların) silinməsinə dair komissiyanın aktları təşkilatın rəhbəri tərəfindən təsdiq ediləcək və bundan sonra bu əsas vəsaitlər (fondlar) balansdan silinəcək.

Bu halda həmin əsas vəsaitlərin (fondların) silinməsinə dair İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin rəyi tələb olunmayacaq. Qeyd edək ki, bu vəsait əvvəl 25 milyon manat idi.

Həmçinin, vahidinin (dəstinin) ilkin balans dəyəri 5000 manatdan yuxarı olan əsas vəsaitlərin (fondların) silinməsi zamanı təşkilatda yaradılmış komissiya tərəfindən tərtib edilən əmlakın (qiymətlilərin) ləğvi aktı Əmlak Məsələləri Dövlət Komitəsindən müvafiq rəy alındıqdan sonra (Azərbaycan Respublikasının Prezidenti tərəfindən müəyyən edilmiş hallar istisna olmaqla) həmin təşkilatın baş idarəetmə orqanı tərəfindən (belə orqan olmadıqda, təşkilatın özü tərəfindən) təsdiq edilməklə, bu əsas vəsaitlərin (fondların) silinməsi həyata keçiriləcək.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.