Ölkə

Əmək qabiliyyətli şəxslərə sığorta ödənişi qaydası dəyişir

23 Aprel 2024 22:31
Baxış: 435
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Əmək qabiliyyətli şəxslərə sığorta ödənişi qaydası dəyişir.

Milli.Az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədovun qərarı ilə "Sığorta ödənişinin verilməsi Qaydası"nda dəyişiklik edilir.

Dəyişikliyə əsasən, "İşsizlikdən sığorta haqqında" Azərbaycan Respublikası Qanununun 13.2.3-cü maddəsində nəzərdə tutulan halda sığorta hadisəsinin baş verdiyi tarixdən əvvəlki ardıcıl gələn 36 təqvim ayı ərzində müddətli əmək müqaviləsi ("Məşğulluq haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən haqqı ödənilən ictimai işlərin təşkili istisna olmaqla) üzrə ən azı 24 ay sığorta stajına malik olan əmək qabiliyyətli şəxslərə minimum sığorta ödənişi təyin edilir. Bu halda sığorta ödənişinin müddəti 3 ay təşkil edir və hər ay üçün bərabər məbləğdə ödənilir.

Dəyişiklikdən əvvəlki qaydaya əsasən isə ən azı 30 ay sığorta stajına malik olan əmək qabiliyyətli şəxslərə minimum sığorta ödənişinin təyin edilməsi nəzərdə tutulurdu.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.