Ölkə

Etibar Məmmədovdan oğlu barədə xəbərə REAKSİYA

16 Aprel 2024 13:19
Baxış: 1 410
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Sosial şəbəkədə Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) fəxri lideri Etibar Məmmədovun oğlu Orxan Məmmədovun SOCAR Türkiyə şirkətində işə düzəlməsi barədə məlumatlar yayılıb.

Milli.Az Modern.az-a istinadən xəbər verir ki, partiya lideri sayta açıqlamasında sözügedən məlumatın həqiqətə uyğun olmadığını bildirib.

"Orxanla bağlı deyilənlər həqiqəti əks etdirmir. O, SOCAR Türkiyə-də işləmir", - E.Məmmədov deyib.

Qeyd edək ki, Etibar Məmmədovun 2 oğlu, 1 qızı var. Onun böyük oğlu Orxan Məmmədovun uzun müddətdir biznes sahəsində fəaliyyət göstərdiyi bildirilir. Kiçik oğlu Ayxan Məmmədov isə AMİP Gənclər Təşkilatının sədridir.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.