Ölkə

Bakıda polis əməkdaşı bədbəxt hadisə nəticəsində həyatını itirdi

9 Aprel 2024 00:25
Baxış: 2 481
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Aprelin 8-də Bakıda polis nəfərinin silahla ehtiyatsız davranması nəticəsində ölümlə nəticələnən hadisə baş verib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Milli.Az-a bildirilib ki, hadisə tabel silahını təmizləyərkən baş verib.

Göstərilən tibbi müdaxilələrə baxmayaraq 1988-ci il təvəllüdlü polis nəfəri Ruslan Kazımov həyatını itirib.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.