BQXK: Azərbaycanda hələ də insanlar partlayıcı qalıqların qurbanı olurlar
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Aktiv döyüşlərin bitməsindən xeyli vaxt keçməsinə baxmayaraq, Azərbaycanda hələ də insanlar partlayıcı qalıqların qurbanı olurlar.
Milli.Az xəbər verir ki, bu barədə Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) 4 Aprel-Beynəlxalq Mina Xəbərdarlığı və Mina Təhlükəsi ilə Mübarizəyə Yardım Günü münasibətilə yaydığı məlumatda bildirilib.
Qeyd edilib ki, minalar və partlayıcı qalıqlar müharibələrin ən təhlükəli qalıqlarındandır:
"Onlar döyüşlər bitdikdən sonra on illiklər keçsə belə, insanların həyatlarına təhlükə yaradır".
Komitə onu da diqqətə çatdırıb ki, mina və partlamamış qurğuların təhlükələri barədə məlumatlılığın artırılması ilə yanaşı, Azərbaycan Respublikası Minatəmizləmə Agentliyi (ANAMA) və bu yöndə fəaliyyət göstərən digər yerli qurumlarla sıx əməkdaşlıq edir:
"Azərbaycan Qızıl Aypara Cəmiyyəti ilə birlikdə Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) Azərbaycanda münaqişənin təsirinə məruz qalmış ərazilərdə yaşayan insanlar arasında minalar və MPQ-lərin təhlükələri barədə məlumatlılığın artırılması üçün fəaliyyətlər həyata keçirir. BQXK-nın Silahlarla çirklənmiş ərazilərlə bağlı iş proqramının başlanmasından etibarən 36,000-dən çox insana (2023-cü il ərzində 13,000 nəfərə) bu istiqamətdə həyat xilasedici məlumatlar çatdırılmış, eyni zamanda daha təhlükəsiz davranış haqqında mesajlar ötürülmüşdür. Mina və partlamamış qurğuların təhlükələri barədə məlumatlılığın artırılması ilə yanaşı, BQXK Azərbaycan Respublikası Minatəmizləmə Agentliyi və bu yöndə fəaliyyət göstərən digər yerli qurumlarla sıx əməkdaşlıq edir. Bu əməkdaşlıq çərçivəsində aidiyyəti sahədə çalışan mütəxəssislər üçün müxtəlif təlimlər, o cümlədən partlayış travmalarına yanaşma kursu, ilk yardım təlimləri təşkil edilir, mina təmizlənməsi üçün lazım ola biləcək fərqli avadanlıqların ianəsi həyata keçirilir".
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun
DİGƏR XƏBƏRLƏR
-
Bakıətrafı ərazilərdə daşınmaz əmlakın qiyməti arta bilər - (Video)
-
Lamiyyə Ələkbərova bu verilişlə qayıdır
-
27 Sentyabr – Anım Günü Varşavada qeyd olunub - (Foto)
-
“Bakı, göstərdiyin sevgiyə görə təşəkkürlər” - (Video)
-
Röya Ayxandan Anım günü ilə bağlı paylaşım - (Video)
-
UEFA Millətlər Liqası: Azərbaycan millisi səfərdə Litva ilə heç-heçə edib - Yenilənib
XƏBƏR LENTİ
-
Bakıətrafı ərazilərdə daşınmaz əmlakın qiyməti arta bilər - (Video)
-
Lamiyyə Ələkbərova bu verilişlə qayıdır
-
27 Sentyabr – Anım Günü Varşavada qeyd olunub - (Foto)
-
Kirayə pulu ödəməmək üçün maşınında yaşayır: Aylıq xərci nə qədərdir? - (Video)
-
Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşları və xaricdəki soydaşlarımız Zəfər parkını ziyarət ediblər - (Foto)
-
“Bakı, göstərdiyin sevgiyə görə təşəkkürlər” - (Video)
-
Kaşif Kozinoğlu işi üzrə saxlanılan həkim evində ölü tapıldı
-
Röya Ayxandan Anım günü ilə bağlı paylaşım - (Video)
-
“Müharibəyə hazırıq, Qiyamət gününədək davam etsə belə...” - Əraqçi
-
Ayxan Abbasov: "Litvaya qarşı yüksək səviyyədə mübarizə apardıq"
-
Ardanın Mbappeyə jesti - (Foto)
-
Niyə daha tez-tez tünd şokolad yeməlisiniz: Beş vacib fayda
-
UEFA Millətlər Liqası: Azərbaycan millisi səfərdə Litva ilə heç-heçə edib - Yenilənib
-
UFC-də ilk döyüşünə çıxan azərbaycanlı idmançı diskvalifikasiya olundu - (Video)
-
Tanınmış fotoqraf və qızı Bakı-Sumqayıt yolunda ağır qəzaya düşüblər
-
Dünyada deputatların ən çox maaş aldığı 10 ölkə
-
İrandan xəbərdarlıq: "Bütün region irimiqyaslı münaqişəyə qərq olacaq"
-
Şəhid tələbəsini bu sözlərlə yad etdi - (Fotolar)
-
“Akasya Durağı”nın aktrisası illər sonra üzə çıxdı - (Fotolar)
-
İdman brendi Benzemadan imtina etdi
-
Türkiyədə 5 yaşlı qız uşağı dişinin müalicəsindən öldü
-
Ağcabədidə qəzada ölən qardaşların Fotosu
-
Serhat Kılıçın vəfatından bir gün əvvəlki söhbəti üzə çıxdı
-
UEFA Millətlər Liqasının qrup mərhələsində II tura start verilir





