“Xəstə uşaqların pullarını yeyiblər, indi artistlik edirlər”
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Talassemiyadan əziyyət çəkən uşaqlar üçün toplanmış vəsaitləri ələ keçirməkdə ittiham olunan "Urmedhelp" və "My Doc Tour" adlı şirkətlərin sahibi Nuridə Seyidova və digər iki nəfər - Aynur Bayramova və Aysel Məmmədovanın cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən iclasa təqsirləndirilən Nuridə Seyidovanın vəkili gəlməyib.
Sədrlik edən hakim Azad Məcidov deyib ki, vəkil Lətifə Kərimova artıq ikinci dəfədir, məhkəməyə gəlmir. Bu səbəbdən Vəkillər Kollegiyasına müraciət ediləcək. Belə ki, N.Seyidova bir müddət əvvəl dövlət hesabına vəkillə təmin olunmasına baxmayaraq, müdafiəçidən imtina edib, Lətifə Kərimova ilə müqavilə bağlayıb. Lakin həmin vəkil iclaslarda iştirak etmir.
"Biz məhkəmə istintaqını başlaya bilmirik. Vəkil hər dəfə məhkəmə iclasını qəsdən pozur. Get özünə başqa vəkil tut", - hakim müttəhim Seyidovaya deyib.
Prosesdən sonra zərərçəkmişlə təqsirləndirilən şəxslərdən birinin yaxını arasında mübahisə yaranıb.
Təqsirləndirilən şəxsin yaxını zərərçəkmişə şikayət etdiyi üçün qarğış edib.
"Xəstə uşaqların pullarını yeyiblər, indi artistlik edirlər", - deyə talassemiyalı uşağın atası cavab verib.
Məhkəmə prosesi aprelin 17-si davam edəcək.
Qeyd edək ki, talassemiyalı xəstələrin valideynlərinin Daxili İşlər Nazirliyinə müraciətindən sonra ötən ilin fevralında cinayət işi başlanılıb. Müəyyən edilib ki, Nuridə Seyidova digərləri ilə əlbir olaraq 36 nəfər talassemiya xəstəsinin valideynlərinin etibarından sui-istifadə edərək həmin şəxslərin övladlarını Türkiyədə müalicə etdirmək adı ilə 1 milyon manata yaxın dələduzluq edib.
Təqsirləndirilən şəxslərdən Nuridə Seyidova həbsdədir. Digərləri haqda həbsə alternativ qətimkan tədbiri seçilib.
***
Vəkil Lətifə Kərimova mövzu ilə bağlı bildirib ki, bu gün saat 11-də Bakı Apellyasiya Məhkəməsində mülki işlə bağlı prosesdə iştirak edib: "Sözügedən məhkəmə prosesi gec başladığından (hakim başqa iclas aparırdı) Bakı Ağır Cinayətlər Məhkəməsindəki digər iclasda iştirak edə bilməmişəm. Saat 11-də baxılmalı proses 11:40-da başladı və mən də çatdırıb digər məhkəmə binasına gedə bilmədim. Bununla bağlı elektron sistemdə müvafiq ərizəmi də yerləşdirmişəm".
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun
DİGƏR XƏBƏRLƏR
-
Xarici onlayn platformlardan alınan xidmətlərin qiyməti dəyişir - (Video)
-
"Sumqayıt yolu"ndakı tıxac problemi nə vaxt həll olunacaq? - (Video)
-
Qumbaranı evə Xədicənin qardaşı gətiribmiş - təfərrüat
-
Lənkəranda ağır qəza: "Mercedes Vito" TIR-a çırpıldı, ölənlər var - Yenilənib (Foto)
-
Tacir Şahmalıoğlu arıqlamasının səbəbini açıqladı
-
Tələbələr dərsə getmək üçün beton maneələri aşırlar - (Video)
XƏBƏR LENTİ
-
Sinqapur kitab oxuyanlara pul verəcək
-
Süni intellektlə hazırlanan dərman qocalmanı ləngitdi
-
Yatanda işığı açıq saxlamaq ürəyə ziyandır
-
Bu aylarda doğulanların taleyi dəyişəcək
-
Xarici onlayn platformlardan alınan xidmətlərin qiyməti dəyişir - (Video)
-
Dünyanın ən gözəl şəhəri - Venesiya və Barselonanı geridə qoydu
-
Vatikan ilk dəfə “Oskar”a namizədlik üçün film təqdim edəcək
-
"Sumqayıt yolu"ndakı tıxac problemi nə vaxt həll olunacaq? - (Video)
-
Qumbaranı evə Xədicənin qardaşı gətiribmiş - təfərrüat
-
Lənkəranda ağır qəza: "Mercedes Vito" TIR-a çırpıldı, ölənlər var - Yenilənib (Foto)
-
Günün qoroskopu: İntuisiyanızın dediklərinə güvənin
-
Tacir Şahmalıoğlu arıqlamasının səbəbini açıqladı
-
Tələbələr dərsə getmək üçün beton maneələri aşırlar - (Video)
-
Toyda bəy əsəbləşərək tortu yerə çırpdı - (Video)
-
İmişlidə zəlzələ olub
-
Paşinyan referendumdan imtina etdi: "Hələlik tezdir"
-
Vinisus Junior əsas heyətdə mövqeyini itirə bilər
-
Gələn il Azərbaycanın müdafiə və milli təhlükəsizlik xərcləri 1,1 faiz artacaq
-
Şəhid xanımı 4-cü mərtəbədən yıxılıb öldü
-
Azərbaycanın 2027-ci ildə xərc üzrə siyasətinin əsas istiqamətləri açıqlanıb
-
Məşhurlar Üzüm və Şərab Festivalında konsert proqramı ilə çıxış edəcək - (Video)
-
Gələn il dollar neçəyə olacaq? - rəsmi
-
Məşhur müğənninin müəmmalı ölümü: iki həkim həbs edildi
-
Azərbaycanın inflyasiya proqnozu açıqlanıb





