Azərbaycan öz sərhədlərini təhlükəyə salmamaq üçün adekvat addımlar ata bilər
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Bölgə ölkələri əgər Ermənistanın təhlükəsizliyi ilə bağlı sülh mühitinə zidd hərəkətlərinə adekvat cavab verməsə, Azərbaycan özü adekvat cavab verməli olacaq.
Milli.Az xəbər verir ki, bunu Trend-in suallarını cavablayarkən Prezident yanında Dövlət İdarəçilik Akademiyasında müşavir, Bakı Politoloqlar Klubunun sədri Zaur Məmmədov deyib.
O qeyd edib ki, doğrudan da bölgəyə real olaraq təhlükə var.
"Azərbaycan öz sərhədlərini təhlükəyə salmamaq üçün mühim adekvat hərbi addımlar ata bilər. Bunu Ermənistanın arxasında olan qüvvələr, Ermənistanla təhlükəsizliklə bağlı pakt imzalayanlar da bilsin. Ümumiyyətlə bu hadisələr bir daha göstərir ki, əslində kim kiminlə hansı münasibətlərə malikdir. Publika qarşısında kimlərsə bir-biri ilə vuruşa bilər, amma əslində nələr baş verir, biz bunu çox yaxşı bilirik. Yaxın Şərqdə kimin, hansı qüvvələrin bölgəyə gəlişindən sonra güclənməsini, kimin hansı ölkələrdə, hansı siyasi qüvvəyə sahib olmasına başlanmasını da yaxşı bilirlər. Ona görə illüziyaya qapılmağa heç bir ehtiyac yoxdur.
Ermənistan tərəfindən atılan addım bölgə üzrə sülhə ciddi şəkildə zərbədir. Nikol Paşinyan düşünür ki, öz aləmində bununla Zəngəzur və Göyçəni qoruyacaq və Azərbaycan ordusunun üzərinə hücum edəcək. Lakin bilsinlər ki, onların tələsi bəllidir. Qərbdə bilsin ki, sərhədəyanı ərazilərdə kimin hansı məntəqəyə malik olması ilə bağlı müzakirələr var. Hələ o məsələlər həllini tapmadan, Ermənistan sərhədləri ilə bağlı təhlükəsizlik haqqında pakt vermək qeyri-ciddidir. Bu beynəlxalq hüququn açıq şəkildə pozulması deməkdir", - deyə o, qeyd edib.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun
DİGƏR XƏBƏRLƏR
-
Məşhur xanəndə: "O ampula olmasaydı, bu gün həyatda yox idim" - VİDEO
-
Azərbaycan-Türkiyə müttəfiqliyinin yeni dövrü
-
Şuşa Bəyannaməsi strateji tərəfdaşlıq münasibətlərini tarixi mərhələyə yüksəldib - Səfirlik
-
Vergi ödəyicilərinin diqqətinə: Şikayətdən əvvəl bunları edin
-
Flora Kərimovanın son vəziyyəti açıqlandı
-
İllər öncə Röya ilə alınmayan duetdən danışdı: "Saçlarımı yolmaq istədim..." - VİDEO
XƏBƏR LENTİ
-
Məşhur xanəndə: "O ampula olmasaydı, bu gün həyatda yox idim" - VİDEO
-
Azərbaycan-Türkiyə müttəfiqliyinin yeni dövrü
-
Şuşa Bəyannaməsi strateji tərəfdaşlıq münasibətlərini tarixi mərhələyə yüksəldib - Səfirlik
-
Vergi ödəyicilərinin diqqətinə: Şikayətdən əvvəl bunları edin
-
Flora Kərimovanın son vəziyyəti açıqlandı
-
İllər öncə Röya ilə alınmayan duetdən danışdı: "Saçlarımı yolmaq istədim..." - VİDEO
-
"Ulu Öndərin hakimiyyətə qayıdışı ölkəmizin taleyində dönüş anı oldu" - Kamaləddin Qafarov
-
Şüvəlanda it 2 nəfərə hücum etdi
-
"Razılaşma olmasa, zərbələr bərpa edilə bilər" - Tramp
-
Azərbaycan vasitəsilə Ermənistana buğda göndəriləcək
-
Bakıda qayınatanın gəlinə bahalı hədiyyəsi diqqət çəkdi - VİDEO
-
“Şamaxı”nın futbolçusu Ermənistan klubuna keçdi - FOTO
-
Cengiz Kurtoğlu ilə bağlı üzücü xəbər
-
Tanınmış xanəndə ilk dəfə oğlu ilə görüntüsünü paylaşdı
-
Nərmin Əliyevanın bacısı faciəvi şəkildə öldü - FOTO
-
Dünyanın ilk heyvansız "ferma"sı açıldı - Təbii ətdən seçilməyəcək - VİDEO
-
Amerikalı müğənni helikopter qəzasında öldü - FOTO
-
Türkmənistan Prezidentinin Azərbaycana səfəri nəzərdə tutulur
-
ABŞ və İranın razılaşdırdığı memorandum 14 maddədən ibarətdir - TAM SİYAHI
-
Ən yalançı BÜRCLƏR
-
Ərdoğan ABŞ-İran razılaşmasından yazdı
-
Azərbaycanda çimərlik mövsümünə start verilir
-
İlham Əliyev: Ölkəmiz regionda davamlı sülh və sabitlik mühitinin yaradılması istiqamətində qətiyyətli siyasət həyata keçirir
-
Ulu Öndər Heydər Əliyevin nadir görüntüləri - VİDEO





