Ölkə

Hərbçilərimiz Pakistan Günü münasibətilə keçirilən paradda iştirak etdilər - VİDEO

23 Mart 2024 13:27
Baxış: 569
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Martın 23-də Pakistan İslam Respublikasının paytaxtı İslamabad şəhərində Pakistan Günü münasibətilə hərbi parad keçirilib.

Nazirlikdən Mİlli.Az-a verilən xəbərə görə, paradda ölkənin siyasi və hərbi rəhbərləri, Azərbaycan Respublikasının Pakistan İslam Respublikasındakı səfirliyinin və hərbi attaşelik aparatının nümayəndələri, eləcə də digər rəsmi qonaqlar iştirak ediblər.
Qeyd edək ki, hərbi paradda ölkəmizi Azərbaycan Ordusunun bir qrup hərbi qulluqçusu və Heydər Əliyev adına Hərbi İnstitutun Hərbi Orkestr heyəti təmsil edib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.