Ölkə

Sumqayıtda müayinəyə gələn pasiyent növbədə ölüb - YENİLƏNİB

17 Mart 2024 12:18
Baxış: 2 081
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

12:18

16 mart 2024-cü il tarixində 1961-ci il təvəllüdlü Sara Nəcəfova Sumqayıt Tibb Mərkəzinin nəzdində olan 1 nömrəli xəstəxanada nevroloq və qastereontoloq müayinəsindən keçib, MRT müayinəsi üçün göndəriş verilib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bu barədə Sumqayıt Tibb Mərkəzinin İctimaiyyətlə əlaqələr bölməsindən məlumat verilib.

Qeyd edilib ki, tibb müəssisəsində saat 18:15 radələrində S.Nəcəfovanın qəfil halı pisləşib, ilkin təxirəsalınmaz tibbi yardım göstərilsə də, onun həyatını xilas etmək mümkün olmayıb.

S.Nəcəfova MRT müayinəsini gözləyərkən ondan əvvəl 1 nəfər olub ki, o da müayinədə olub.

S.Nəcəfovanın ölüm səbəbi təşrihdən sonra məlum olacaq.

-------

16 mart

Sumqayıtda müayinə olunmaq üçün xəstəxanaya gələn pasiyent növbədə ölüb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, hadisə Sumqayıt şəhərində xəstəxanalardan birində qeydə alınıb.

MRT müayinəsi olunmaq üçün növbə gözləyən 1961-ci il təvəllüdlü Sara Oktay qızı Nəcəfova xəstəxanada ölüb.

Fakt araşdırılır.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.