Ölkə

Azərbaycanda rəqəmsal məcəllə qəbul ediləcək

11 Mart 2024 17:11
Baxış: 503
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Azərbaycanda rəqəmsal məcəllənin qəbul ediləcəyi gözlənilir.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (IRIA) müşaviri Şahin Əliyev 2023-cü ilin yekunları və 2024-cü il üzrə hədəflərə həsr olunmuş mətbuat konfransında deyib.

"Bu il rəqəmsal məcəllənin, rəqəmsal inkişaf konsepsiyasının, informasiyanın idarə olunması strategiyasının, süni intellekt strategiyasının, elektron hökumət informasiya sisteminə dair müddəaların və rəqəmsal sənədlər haqqında qanunvericiliyin qəbul edilməsi gözlənilir", - o deyib.

Xatırladaq ki, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 11 oktyabr 2021-ci il tarixli Fərmanına əsasən Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində publik hüquqi şəxs kimi yaradılıb.

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi ölkədə rəqəmsal transformasiya sahəsində fəaliyyətin təşkili, yerli innovasiya mühitinin formalaşması, ekosistemin möhkəmlənməsinə xidmət edir. Agentliyin prioritet istiqamətlərini nüvə elmi və texnologiyaları sahəsində sınaq təcrübələrinin keçirilməsi, fiziki və hüquqi şəxslərin innovasiya yönümlü elmi tədqiqatlarda və innovasiya layihələrində (startaplarda) dəstəklənməsi, müasir texnologiya və texnoloji həllərin əldə edilməsində köməklik göstərilməsi, ölkədə İKT sahəsində maarifləndirici və karyera imkanlarının əlçatanlığının təmin edilməsi, rəqəmsal hökumət və rəqəmsal cəmiyyətin təşkil olunması təşkil edir.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.