“Nar” Qarabağda infrastrukturun genişləndirilməsi üçün keçirdiyi layihələrə görə mükafata layiq görülüb
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Müştərilərinə sərfəli qiymətlər təqdim edən "Nar" "Qarabağın dirçəlişinə göstərdiyi dəstəyə görə" "Azerbaijan Business award" mükafatı ilə təltif olundu. Mobil operator işğaldan azad edilmiş ərazilərdə satış və şəbəkə infrastrukturunun genişləndirilməsi istiqamətində səylərinə və Qarabağ və Şərqi Zəngəzur iqtisadi regionlarının reinteqrasiyası məqsədilə həyata keçirilən layihələrə dəstəyinə görə bu mükafata layiq görülüb.
Müştərilərin etibarlı şəbəkə əhatəsindən faydalana bilməsi üçün mobil operator Şuşa, Xankəndi, Zəngilan, Cəbrayıl, Qubadlı, Kəlbəcər, Laçın, Xocavənd, Füzuli, Tərtər və Ağdam şəhərlərində bugünədək ümumilikdə 100-dən çox baza stansiyasını istifadəyə verib. Bununla yanaşı, 2023-cü ilin dekabr ayında "Nar" Xankəndi stadionunda Qarabağ və MOİK komandaları arasında tarixi futbol görüşündə qürurla iştirak edib. Qeyd edək ki, "Nar" Laçın şəhərində satış və xidmət mərkəzini təqdim edən ilk mobil operatordur.
"Nar üçün Qarabağ və Şərqi Zəngəzur iqtisadi regionlarında infrastrukturumuzu genişləndirmək prioritet hədəfimizdir. Biz işğaldan azad edilmiş ərazilərin bərpası və yenidəqurulması istiqamətində həyata keçirilən önəmli layihələrə bundan sonra da öz dəstəyimizi göstərməyə davam edəcək, hər bir müştərimizin xidmətlərimizdən sərfəli qiymətə faydalanmasını təmin etmək üçün bütün mümkün səylərimizi səfərbər edəcəyik. Məhz bu yanaşma bizi sizə ən yaxın edir", - deyə "Nar"ın baş icraşı direktoru Qunnar Panke mükafatlandırma mərasimində öz çıxışında qeyd edib.
2024-cü ildə şəbəkə infrastrukturunu daha da gücləndirməyi hədəfləyən "Nar" Qarabağın iqtisdibaza stansiyalarının, satış və xidmət mağazalarının sayını artırılmasını bu il də davam etdirməyi nəzərdə tutur.
"Nar" hal-hazırda 2.2 milyon abunəçiyə yüksək keyfiyyətli rabitə xidmətləri göstərməkdədir. "Nar" son 5 ildə Müştəri Loyallığı İndeksinə görə ölkədə lider mobil operatordur. Mobil operator müştəriyönümlülük strategiyasına sadiq qalaraq sərfəli qiymət qarşılığında üstün xidmət təqdim edir.
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Bilgəh qocalar evində 78 yaşlı qadının başqa müəssisəyə köçürülməsi etiraz doğurdu - (Video)
-
“Çox utandım, alt paltarlarımı satışa çıxarmışdılar“ - Şeron Stoun
-
Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür
-
“Əsrin müqaviləsi”nin imzalanmasından 32 il keçir
-
Azərbaycanda Dövlət Suverenliyi Günüdür
-
61 yaşlı Monika Belluççi - (Foto)
XƏBƏR LENTİ
-
Bilgəh qocalar evində 78 yaşlı qadının başqa müəssisəyə köçürülməsi etiraz doğurdu - (Video)
-
“Çox utandım, alt paltarlarımı satışa çıxarmışdılar“ - Şeron Stoun
-
Əbədi yaşamaq mümkündürmü? - Fizikdən açıqlama
-
Prezident İlham Əliyevin sosial media hesablarında 20 sentyabr - Azərbaycanın Dövlət Suverenliyi Günü ilə bağlı video paylaşılıb - (Video)
-
Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür
-
“Əsrin müqaviləsi”nin imzalanmasından 32 il keçir
-
Günün qoroskopu: Özünüzə qarşı həddindən artıq tələbkar olmayın
-
Azərbaycanda Dövlət Suverenliyi Günüdür
-
Fermerlər məhsul istehsalına başlamadan maliyyə ala biləcəklər - (Video)
-
61 yaşlı Monika Belluççi - (Foto)
-
"Böyük klub olmaq istəyiriksə..." - Valdas Dambrauskas
-
Bakıda məktəbin həyətində yanğın baş verib - (Foto)
-
Müğənni Dmitri Bikbayevin konsertdə əli trosdan sürüşdü, yıxıldı - (Video)
-
“Trabzonspor” “Qalatasaray”ı darmadağın edib
-
Serenay Sarıkayanın bir ev qiymətinə olan saatı - (Foto)
-
Əraqçi: İran ilə ABŞ arasında danışıqlar davam edir
-
Paşinyan yenə öz ampulasında - (Video)
-
İran müharibənin dayandırılması üçün şərtlərini ABŞ-yə göndərib
-
Rövşən Cahangirov uzun illər sonra efirə qayıdır
-
Tramp qapını örtdü, Bakı isə iş qaldırdı: CNN cavab verməli olacaq
-
Premyer Liqa: "Sabah" ardıcıl beşinci qələbəsini qazanıb
-
Astarada qəza - 4 nəfər xəsarət alıb
-
Hande Erçel reklamdan 20 milyon qazanacaq - (Foto)
-
Bakıda bəzi parklanma məntəqələri bağlanacaq





