Hikmət Mirzəyev 56 yaşında - VİDEO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Bu gün əfsanəvi general, Xüsusi Təyinatlı Qüvvələrin keçmiş komandanı, müdafiə nazirinin müavini - Quru Qoşunların komandanı Hikmət Mirzəyevin 56 yaşı tamam olur.
Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, Hikmət Mirzəyev 29 fevral 1968-ci ildə Biləsuvarda anadan olub.
O, Birinci və İkinci Qarabağ müharibələrində iştirak edib.
1992-ci ildə Xocalıda Fərrux yüksəkliyini azad etmək üçün aparılmış hücum əməliyyatında kapitan kimi döyüşüb. 33 yaşı olarkən ümummili lider Heydər Əliyev tərəfindən general-mayor ali hərbi rütbəsinə layiq görülüb.
2018-ci ldə Azərbaycan Ordusunun 100 illiyi münasibəti ilə keçirilən hərbi parada məhz general Mirzəyev başçılıq edib.
XTQ də elə məhz Hikmət Mirzəyevin öz təşəbbüsü ilə yaradılıb. XTQ döyüşçüləri Vətən Müharibəsi zamanı Cəbrayıl şəhərini və ətrafdakı doqquz kəndi işğaldan azad edib. Şuşa əməliyyatında isə XTQ məhz yaxın döyüş bacarıqlarının üstünlüyü sayəsində düşməni şəhərdən çıxarmağı bacarıb.
Müharibədəki taktiki qələbələrin bir çoxu Xüsusi Təyinatlı Qüvvələrin yerdəki mövqelərindən hədəf koordinatları təmin edən, şəhərə girən və Ermənistan ordusunu şəhərin mərkəzindən sıxışdıran diversant qrupları sayəsində əldə olunub. II Qarabağ müharibəsində general Mirzəyevin rəhbərliyi altında Azərbaycanda ilk dəfə olaraq bütün xüsusi təyinatlı birləşmələrin gücündən aktiv şəkildə istifadə edilib.
Aprel döyüşlərinin və Vətən müharibəsindəki döyüş əməliyyatlarının əsas hərbi rəhbərlərindən olan Mirzəyev Cəbrayıl və Şuşanın işğaldan azad edilməsinə komandanlıq edib.
II Qarabağ müharibəsinin gedişində Prezident İlham Əliyev ona general-leytenant rütbəsi verib. Hikmət Mirzəyev "Vətən Müharibəsi Qəhrəmanı" adına layiq görülüb.
"Qafqazinfo" bu il yanvarın 12-də H.Mirzəyevin nazir müavini təyinatı ilə bağlı hazırladığı videonu bir daha təqdim edir:
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun
DİGƏR XƏBƏRLƏR
-
Xarici onlayn platformlardan alınan xidmətlərin qiyməti dəyişir - (Video)
-
"Sumqayıt yolu"ndakı tıxac problemi nə vaxt həll olunacaq? - (Video)
-
Qumbaranı evə Xədicənin qardaşı gətiribmiş - təfərrüat
-
Lənkəranda ağır qəza: "Mercedes Vito" TIR-a çırpıldı, ölənlər var - Yenilənib (Foto)
-
Tacir Şahmalıoğlu arıqlamasının səbəbini açıqladı
-
Tələbələr dərsə getmək üçün beton maneələri aşırlar - (Video)
XƏBƏR LENTİ
-
Yatanda işığı açıq saxlamaq ürəyə ziyandır
-
Bu aylarda doğulanların taleyi dəyişəcək
-
Xarici onlayn platformlardan alınan xidmətlərin qiyməti dəyişir - (Video)
-
Dünyanın ən gözəl şəhəri - Venesiya və Barselonanı geridə qoydu
-
Vatikan ilk dəfə “Oskar”a namizədlik üçün film təqdim edəcək
-
"Sumqayıt yolu"ndakı tıxac problemi nə vaxt həll olunacaq? - (Video)
-
Qumbaranı evə Xədicənin qardaşı gətiribmiş - təfərrüat
-
Lənkəranda ağır qəza: "Mercedes Vito" TIR-a çırpıldı, ölənlər var - Yenilənib (Foto)
-
Günün qoroskopu: İntuisiyanızın dediklərinə güvənin
-
Tacir Şahmalıoğlu arıqlamasının səbəbini açıqladı
-
Tələbələr dərsə getmək üçün beton maneələri aşırlar - (Video)
-
Toyda bəy əsəbləşərək tortu yerə çırpdı - (Video)
-
İmişlidə zəlzələ olub
-
Paşinyan referendumdan imtina etdi: "Hələlik tezdir"
-
Vinisus Junior əsas heyətdə mövqeyini itirə bilər
-
Gələn il Azərbaycanın müdafiə və milli təhlükəsizlik xərcləri 1,1 faiz artacaq
-
Şəhid xanımı 4-cü mərtəbədən yıxılıb öldü
-
Azərbaycanın 2027-ci ildə xərc üzrə siyasətinin əsas istiqamətləri açıqlanıb
-
Məşhurlar Üzüm və Şərab Festivalında konsert proqramı ilə çıxış edəcək - (Video)
-
Gələn il dollar neçəyə olacaq? - rəsmi
-
Məşhur müğənninin müəmmalı ölümü: iki həkim həbs edildi
-
Azərbaycanın inflyasiya proqnozu açıqlanıb
-
Azərbaycanın iqtisadi artım proqnozuı açıqlanıb
-
“Messinin transferi üçün 500 milyon təklif etmişdim” - Massimo Moratti





