Çingiz Mustafayevlə bağlı 32 illik gerçək üzə çıxdı
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Xocalı soyqırımı Azərbaycan insanının yaddaşında həm də Milli Qəhrəman Çingiz Mustafayevin çəkdiyi kadrlarla qalıb.
Milli.Az xəbər verir ki, Azərbaycan münaqişə müddətində və sonrakı dövrdə bu kadrlardan beynəlxalq ictimaiyyətin məlumatlandırılması üçün istifadə edə bilib. Lakin Çingizin soyqırımı qeydə aldığı kamerası ilə bağlı bu günə qədər deyilməyən həqiqətlər də var.
Globalinfo.az-a danışan Birinci Qarabağ müharibəsinin iştirakçısı, ehtiyatda olan polkovnik Azay Kərimov Çingiz Mustafayevlə ilk dəfə döyüşlərdə qarşılaşdığını deyib:
"Biz ilk dəfə 1991-ci ildə tanış olmuşuq. O zaman Kərkicahanda vəziyyət çox ağır idi. Ermənilər həmin kəndi nəzarətə götürmək istəyirdilər. Onda Çingiz Mustafayev, Vaqif Mustafayev və Mirşahin Ağayev bizim olduğumuz yerə gəldilər. Mirşahin Ağayev və Vaqif Mustafayev əllərinə avtomat götürdülər, amma Çingiz kamera ilə çəkilişə başladı. İlk dəfə o zaman tanış olduq. Daha sonra onlar Şuşada N saylı xüsusi təyinatlı hərbi hissəyə gəldilər. Bizimlə birlikdə zabit kazarmasında qalırdılar. Hələ o zaman həmin şəxslər Rusiya telekanallarında çalışırdılar. Qarabağda baş verənləri lentə alıb Moskvaya göndərirdilər. Onların bir ayağı Şuşada idi".
Polkovnik Milli Qəhrəmanın həlak olduğu yerdə əşyaları və pulunun oğurlandığını bildirib:
"Biz Çingiz Mustafayevlə Daşaltı uğrunda əməliyyatlarda birlikdə iştirak etmişik. Döyüşlərin bir çoxunda bizimlə olub, işıqlandırıb. Çox cəsarətli, nikbin biri idi. Bir neçə dəfə Ağdamda rastlaşmışdıq. Xocalı rayonunun Naxçıvanlı kəndi uğrunda çox mübarizə apardıq. Oranı bir neçə dəfə nəzarətə götürdük, ancaq əlimizdə saxlamaq çox çətin idi. Ümumiyyətlə, döyüşlər zamanı onun həlak olduğu yerdə kamerası, tapançası, pulu oğurlanmışdı. Sonradan Vaqif Mustafayev onun vəfatının 7-ci gününə kimi bütün rayonları axtararaq itən əşyalarını tapdı".
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Fransa millisində Türkiyə oyunu öncəsi ciddi itki
-
Formula 2 Azərbaycan Qran-Prisində ilk sıralama turu yekunlaşıb - Yenilənib
-
ABŞ və Çin arasında “ticarət atəşkəsi” uzadıldı
-
Ermənistandan Azərbaycana alüminium folqa ixrac edilib
-
20 yaşlı polşalı futbolçu faciəvi şəkildə öldü
-
Xəyanətə uğradığını bildi, evi dağıtdı - (Video)
-
Qazaxıstanda hərbi təlim faciə ilə nəticələndi: 9 hərbçi öldü
-
Pezeşkianın çıxışı zamanı nümayəndə heyətimizin zalı tərk etməsi yalandır
-
Formula 1 Azərbaycan Qran-Prisində ilk sərbəst yürüş başa çatdı - Yenilənib
-
Hande Erçel Milanda "gəlinlik"də - (Video)
-
Yevlaxdakı qətl işi üzrə 6 qohuma hökm oxundu
-
Xəzərdə hərbi təlim faciə ilə nəticələndi - 9 hərbçi öldü
-
Bakıda Formula 1 rekordu: Xarici qonaqların sayı 16 mini keçdi
-
Ermənistanda hərbçi partlayış nəticəsində ölüb
-
Prezident İlham Əliyev Çin və İtaliya şirkətlərinin rəhbər şəxslərini qəbul edib - (Foto)
-
Kimi Antonelli Bakıda sərbəst yürüşü yarımçıq dayandırıb
-
Cem Yılmaz infarktdan sonra özünə yeni iş tapdı
-
Sumqayıtda motosiklet sürücülərinə qarşı əməliyyat - 22 nəfər saxlanıldı
-
Ayın 25-də şimşək çaxacaq, dolu düşəcək - Proqnoz
-
Şirvanda 2 kiloqrama yaxın narkotik aşkarlanıb
-
Bu gün axşamdan hava kəskin dəyişir - Xəbərdarlıq
-
Bakıda 62 yaşlı kişi 4-cü mərtəbədən yıxılaraq öldü
-
Nizamidə 48 kombi oğurlayan 4 nəfər saxlanıldı
-
Onlar 20 il vergi ödəməyəcək - Yeni qayda gəlir





