Ölkə

Azərbaycanda toy yasa döndü: ölənlər var

17 Fevral 2024 07:33
Baxış: 12 032
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Göyçay rayonunda toya gələn qonaqlardan ikisi ölüb.

Milli.Az report-a istinadən xəbər verir ki, hadisə axşam saatlarında rayon ərazisində qeydə alınıb.

İlkin məlumata görə, rayonun Şahsoltanlı kənd sakini şənliyin keçirildiyi mərasim zalına çatan zaman özünü pis hiss edib. Yaxınları tərəfindən xəstəxanaya çatdırılan Tünzalə Məhiyevanın həyatını xilas etmək mümkün olmayıb.

Ailə üzvlərinin sözlərinə görə, yaşlı qadın bir neçə ildir ürək xəstəliyindən müalicə alırmış.

Hadisədən bir neçə saat sonra eyni toya dəvət alan 37 yaşlı Vilayət Məmmədov mərasimdən çıxaraq evinə gedib, özünü pis hiss etdiyi üçün xəstəxanaya çatdırılıb.

Həkimlərin tibbi müdaxiləsinə baxmayaraq o xəstəxanada vəfat edib. İlkin ehtimala görə şəxs ürəktutmasından dünyasını dəyişib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.