Avtomobilini günün istənilən saatında pulsuz park etmək istəyənlərin NƏZƏRİNƏ
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Bakıda avtomobilini şəhərin müxtəlif ərazilərdində park etmək istəyən sürücülər bəlli məbləğ ödəyirlər. Bu məbləğ əraziyə görə dəyişir və zonalardan asılı olaraq 30 qəpik - 1 manat arasında dəyişir.
Milli.Az baku.ws-ə istinadən bildirir ki, avtomobilini ödənişli park edənlərlə yanaşı bu xidmətə görə pul verməkdən azad olanlar da var.
Bəzi şəxslər qanuni parklanma ərazisində avtomobillərini günün istənilən saatında ödənişsiz park edə bilərlər. Bunun üçün onlara talonlar da təqdm olunur.
Bəs, həmin şəxslər kimlərdir? Parkinqlə bağlı ödənişsiz talonu almaq üçün hara müraciət etmək lazımdır? Həmin talon nə qədər müddətə verilir?
Bu suallara cavab tapmaq üçün Yerüstü Nəqliyyat Agentliyinə müraciət edilib. Qurumdan baku.ws-in sorğusuna cavab olaraq bildirildi ki, təşkil edilmiş parklanma yerindən hər iki istiqamətdə yolun hər iki kənarı boyu 100 metr məsafədə yerləşən ev və ya binalarda qeydiyyatı olan sakinlər fərdi parklanma talonu alaraq avtomobillərini onlar üçün ayrılan yerdə ödənişsiz saxlaya bilərlər:
"Eyni zamanda bu imkanlardan yararlanmaq üçün xarici vətəndaşlar da müvəqqəti qeydiyyat ünvanı üzrə müraciət etmək hüququna malikdirlər.
Fərdi parklanma talonu üçün heç bir ödəniş tələb olunmur. Bir şəxsə yalnız bir fərdi parklanma talonu verilir. Yuxarıda qeyd edilən tələblər "Fərdi parklanma talonlarının forması, habelə onların verilməsi Qaydası"nın təsdiqlənməsi haqqında Nazirlər Kabinetinin 187 nömrəli Qərarı ilə tənzimlənir.
Vətəndaşlar "AzParkinq" mobil tətbiqini yükləyərək oradakı profil bölməsindən fərdi parklanma talonu hissəsində zəruri məlumatları əlavə edərək fərdi parklanma talonu üçün müraciət edə bilirlər.
Fərdi parklanma talonuna müraciət üçün Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surəti, xarici vətəndaş olduqda isə Azərbaycan ərazisində əcnəbinin şəxsiyyətini təsdiq edən sənədin və ya ölkə hüdudlarında istifadə edilməsi üçün vətəndaşlığı olmayan şəxsin şəxsiyyət vəsiqəsinin surəti, nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surəti, nəqliyyat vasitəsindən icarə və ya digər əşya hüquqlarına dair müqavilə və etibarnamə əsasında istifadə edildikdə, həmin sənədlərin surəti tələb olunur.
Fərdi parklanma talonu üçün müraciətlər "AzParkinq" mobil tətbiqi üzərindən həyata keçirildiyindən və həmin elektron sistem digər aidiyyəti sistemlərlə inteqrasiya olunduğundan müvafiq məlumatlar daxil edildikdən sonra qeyd olunan sənədlər üzrə məlumatlar aidiyyəti informasiya sistemindən avtomatik olaraq götürülür.
Minik avtomobilinin istifadəçilərinə fərdi parklanma talonu müraciət edildiyi tarixdən 15 iş günü müddətində verilir".
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun
DİGƏR XƏBƏRLƏR
-
Burak Özçivitə gözlənilməz etiraf: "Arvadımı sizə qısqanırdım" - (Video)
-
Bakının bu yollarında tıxac var
-
Metroda qatarlar 15 dəqiqədir hərəkətsiz qalıb - Səbəb - (Yenilənib)
-
İlqarə necə arıqladığını açıqladı
-
“Süni intellekt gəlirimizi azaldır, buna son qoymalıyıq“ - Rafet El Roman
-
“Xaricilər gəlir, 1 milyon pul aparır, amma bizimki 40 min götürə bilmir“ - Elcan Rəsulov - (Video)
XƏBƏR LENTİ
-
Tanınmış aparıcı canlı yayımda qardaşının ölüm xəbərini aldı - (Video)
-
"Brent" bahalaşdı
-
Burak Özçivitə gözlənilməz etiraf: "Arvadımı sizə qısqanırdım" - (Video)
-
Bakının bu yollarında tıxac var
-
Metroda qatarlar 15 dəqiqədir hərəkətsiz qalıb - Səbəb - (Yenilənib)
-
Su şüşələrindəki xətlərin səbəbi bəlli oldu
-
Bədəndə çoxlu xalınız varsa, buna diqqət edin
-
Nə elektrik, nə də qaz: Karton qutu ilə yemək bişirməyin yolunu tapdılar
-
İlqarə necə arıqladığını açıqladı
-
Süni intellekt şirkətlərindən etiraf: Nəzarəti itiririk
-
"Ukrayna iqtisadiyyatına dəyən ziyan 10 milyard dollar olacaq"
-
Unsuz kokoslu peçenye resepti
-
Bu ölkə parçalana bilər
-
“Süni intellekt gəlirimizi azaldır, buna son qoymalıyıq“ - Rafet El Roman
-
HR mütəxəssisi: 'Müsahibədə bu sözü deyənləri dərhal işə götürürük'
-
Yataraq 2 milyon qazanacaqlar
-
Günün qoroskopu: Alacağınız xəbər əhvalınızı birdən-birə yüksəldəcək
-
“Xaricilər gəlir, 1 milyon pul aparır, amma bizimki 40 min götürə bilmir“ - Elcan Rəsulov - (Video)
-
“Onlara ömürlük qadağa qoyulsun” - Ronaldo Neveşi müdafiə etdi
-
Bərdədə 2 yaşlı uşaq hovuza düşüb öldü
-
Kıvançın evində xidmətçi damdan yıxıldı - reanimasiyadadır
-
"Bavariya" səfərdə qalib gəldi - (Video)
-
"Qalatasaray"dan ayrılan ulduz futbolçu La Liqa yolunda
-
İstanbulda avtobus yandı - ölən və yaralananlar var - (Foto/Video)





