Dünyanın bir sıra mətbu orqanları Azərbaycanda keçirilmiş növbədənkənar prezident seçkilərini geniş işıqlandırıb
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Fevralın 7-də Azərbaycanda keçirilən növbədənkənar prezident seçkiləri beynəlxalq mətbuatın diqqət mərkəzində qalmaqdadır.
Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, müxtəlif ölkələrin mətbu orqanlarında dövlət başçılarının Azərbaycan Prezidenti İlham Əliyevin yenidən prezident seçilməsi münasibətilə təbrikləri, Azərbaycan xalqının seçkilərə və seçkisonrası proseslərə yanaşması, rəsmi şəxslərin açıqlamaları, ekspert rəylərinə geniş yer verilib.
Xəbərlər arasında Rusiya Prezidenti Vladimir Putinin, Venesuela Prezidenti Nikolas Maduronun və digər dövlət başçılarının təbriklərinə yer verilib.
Almaniyanın "ZDF" telekanalı, Argentinanın "realpolitik.com.ar", İndoneziyanın "Radio Republik İndoneziya" radiosu, Rusiyanın "Vedomosti", Bəhreynin "newsofbahrain.com" portalı, Çilinin "el periodista" saytı və digər media orqanları seçkilərin gedişi, nəticələri, yerli və beynəlxalq müşahidəçilərin iştirakı ilə səsvermə prosesi barədə yazıblar. Qeyd edilib ki, seçkilərdə müşahidə aparmaq üçün 790 nəfəri beynəlxalq müşahidəçi olmaqla, minlərlə müşahidəçi, siyasi partiyaların təmsilçiləri və qeyri-hökumət təşkilatlarının üzvləri prosesin azad, şəffaf və demokratik şəraitdə keçdiyinə şahid olublar. Xüsusilə diqqətə çatdırılıb ki, bu seçkilər Azərbaycan müstəqilliyinin bərpasından sonra bütün ölkə ərazisində baş tutan ilk seçkilər kimi ölkə tarixinə düşüb.
"ZDF" telekanalı Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin müsahibəsini yayımlayıb. Müsahibədə Azərbaycan Prezidentinin bəzi fikirlərinin xarici mətbu orqanlarda təhrif olunmasına da aydınlıq gətirilib, Azərbaycanın heç bir ölkəyə qarşı ərazi iddialarında olmadığı bildirilib. Lakin bununla yanaşı, azərbaycanlıların tarixən indiki Ermənistan ərazilərində yaşamalarının danılmaz fakt olması, həmin insanların dədə-baba torpaqlarını ziyarət etmək hüququna malik olmalarının vacibliyi vurğulanıb. Qeyd edilib ki, Ermənistan üçtərəfli Bəyanatın müddəalarına sadiqlik nümayiş etdirməli, kommunikasiyaların açılması ilə bağlı öhdəliklərini yerinə yetirməli, Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında maneəsiz hərəkətin təmin olunmasına şərait yaratmalıdır.
Prezidentin köməkçisi, həmçinin Azərbaycanın heç bir hərbi məqsədlər güdmədiyini, ölkəmizin ərazi bütövlüyü tam bərpa edildikdən sonra prosesin hərbi hissəsinin başa çatdığını diqqətə çatdırıb. Qeyd edib ki, hərbi mərhələdə belə Azərbaycan əməliyyatları BMT-nin İnsan Haqları Xartiyasının 51-ci maddəsinə müvafiq olaraq Azərbaycan Respublikasının ərazilərində aparıb. Bütün bu məsələlərlə bağlı ərazi bütövlüyü mövzusunda ikili standartlar və selektiv yanaşma olmamalıdır.
Digər mətbu orqanlarında da Azərbaycanın son illərdə yürütdüyü siyasət, dövlət başçısının ölkənin ərazi bütövlüyünün bərpası istiqamətində fəaliyyətinin əhalinin seçkilərdə aydın qərar verməsinə və Prezident İlham Əliyevin 92,05 faiz səslə qalib gəlməsinə aparıb çıxardığı vurğulanıb. Səsvermənin nəticələri elan olunduqdan sonra paytaxt Bakıda və regionlarda insanların böyük coşğu və sevinclə bayram etməsi, səsvermədən öncəki sorğuların seçkilərin nəticələri ilə üst-üstə düşdüyü diqqətə çatdırılıb.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Üzeyir Hacıbəylinin xatirəsinə həsr olunmuş Fidan HacıyevanınIII Beynəlxalq Opera Festivalı çərçivəsində konsert keçirilib - (Foto)
-
Afra Saraçoğlu hava limanında saxlanıldı
-
Bu şəxslərin pensiyası minlərlə manatdır - Siyahı
-
"Bakı Biznes Mərkəzi" Mədəniyyət Nazirliyinin tabeliyinə verilib
-
Tacir Şahmalıoğlu əməliyyat olundu
-
Akademik Milli Dram Teatrı və Naxçıvan Dövlət Milli Dram Teatrı arasında Memorandum imzalanıb - (Foto)
XƏBƏR LENTİ
-
Afra Saraçoğlu hava limanında saxlanıldı
-
Bu şəxslərin pensiyası minlərlə manatdır - Siyahı
-
"Bakı Biznes Mərkəzi" Mədəniyyət Nazirliyinin tabeliyinə verilib
-
Tacir Şahmalıoğlu əməliyyat olundu
-
Akademik Milli Dram Teatrı və Naxçıvan Dövlət Milli Dram Teatrı arasında Memorandum imzalanıb - (Foto)
-
Fanatının "Bentley" üzərində Aygün Kazımovaya sevgisi nümayişi - (Video)
-
Bakının bu rayonunda qaz kəsiləcək
-
Pünhan Priyevin toyunda kövrək anlar: Gəlinin qardaşı ağladı - (Video)
-
Masallıda toyuq kəsimi sahələrində nöqsanlar aşkarlanıb
-
Əməkdar artist nəvəsinə ad günü keçirdi - (Video)
-
"Ermənistan və Rusiya bundan sonra əvvəlki kimi olmayacaq"
-
Bakının bu ərazisində zəhərli ilanlar peyda oldu - (Foto)
-
Azərbaycanda futbol üzrə ilk dünya çempionatı və festivalla əlaqədar viza proseduru sadələşdirilir
-
İnsan susuz neçə gün yaşaya bilər?
-
Dörd ölkə, on istiqamət: Azərbaycan Hava Yollarının genişlənən Mərkəzi Asiya şəbəkəsi
-
"Araz-Naxçıvan" Cavid Hüseynovu istefaya göndərdi
-
“Dünənə kimi Tacirlə yola getməyənlər indi ona sənətkar deyir" - (Video)
-
Bu həftə həyatınızda gözlənilməz hadisələr baş verə bilər - Sevgi, pul, karyera
-
Lənkəranda 3 gün əvvəl döyülərək xəsarət alan yeniyetmə xəstəxanada öldü
-
Bu qoç 1 milyon dollara satıldı
-
"Ali Rza" bəy aktrisanın dəfnində ağladı - (Video)
-
Azərbaycanda bu institut ləğv edildi - Qərar
-
İçərişəhər sakinləri üçün yeni İcma Mərkəzi fəaliyyətə başlayıb - (Foto)
-
Bakıda "Formula 1" bahalaşması: günlük evlər 600 manat olacaq





