Ölkə

Qeyri-rəsmi münasibətdə olduğu qadını döydü - Saxlanıldı

27 Yanvar 2024 19:11
Baxış: 905
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Gəncə şəhər sakini olan qadın Gəncə Şəhər Baş Polis İdarəsinə qeyri-rəsmi münasibətdə olduğu şəxs tərəfindən döyülməsi və digər hüquqazidd hərəkətlər etməsi ilə bağlı müraciət edib.

DİN-in mətbuat xidmətinin Gəncə regional qrupundan Milli.Az-a bildirilib ki, müraciətlə əlaqədar müvafiq araşdırmalar aparılıb və həmin qadına qarşı qanunsuz hərəkətləri törətməkdə şübhəli bilinən Gəncə şəhər sakini Quliyev Rəşad müəyyən olunaraq saxlanılıb.

Gəncə ŞBPİ-nin İstintaq və Təhqiqat İdarəsində araşdırmalar davam etdirilir.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.