Ölkə

Füzulinin 530 illiyi Özbəkistanda da qeyd olunacaq

26 Yanvar 2024 22:03
Baxış: 562
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Məhəmməd Füzulinin 530 illik yubileyi Özbəkistanda da qeyd olunacaq.

Milli.Az-a AMEA-dan verilən məlumata görə, bunu Özbəkistan Respublikası Ali Məclisinin Qanunvericilik Palatası sədrinin birinci müavini akademik Akmal Saidov yanvarın 26-da AMEA-nın prezidenti akademik İsa Həbibbəyli ilə görüşündə deyib.

A.Saidov qeyd edib ki, Məhəmməd Füzuli Əlişir Nəvaini özünün müəllimi hesab edirdi və onun yaradıcılığından ciddi dərəcədə təsirlənmişdi.

Xatırladaq ki, Azərbaycan Prezidenti İlham Əliyev dahi Azərbaycan şairi Məhəmməd Füzulinin 530 illiyinin qeyd olunması ilə bağlı sərəncam imzalayıb.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.