Ölkə

“İkinci sinif şagirdinin zorakılığa məruz qalması qətiyyən təsdiq olunmayıb”

24 Yanvar 2024 21:04
Baxış: 920
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

"6 saylı məktəbdə ikinci sinif şagirdinin zorakılığa məruz qalması qətiyyən təsdiq olunmayıb. Bununla bağlı heç bir faktımız yoxdur".

Milli.Az baku.tv-yə istinadən xəbər verir ki, bu barədə məktəb-liseyin direktoru Gülşən Orucova jurnalistlərə açıqlamasında deyib. 

O bildirib ki, 7-ci sinif şagirdlərinin telefonlarında qeyri-etik videolar tapılıb:

"Bu videoları 7-ci sinif şagirdləri dərsdən sonrakı məşğələlər zamanı 2-ci sinif şagirdləri ilə bölüşüblər. 
Bu hadisə ilə bağlı məktəbdə bütün tədbirlər görülüb. Əlavə olaraq Elm və Təhsil Nazirliyi tərəfindən "Məktəblinin dostu" da bu məktəbə cəlb olunacaq".

Direktor qeyd edib ki, baş vermiş hadisə ilə bağlı bütün valideynlərə şəxsən özü ətraflı məlumat verib. 

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.