Ölkə

Yaponiya “Fobos” missiyasının işə salınmasını 2026-cı ilə təxirə saldı

11 Yanvar 2024 22:33
Baxış: 441
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Daha əvvəl 2024-cü ilin sonuna planlaşdırılan Marsın peyki Fobosdan torpaq nümunələrinin toplanması və Yerə gətirilməsi üzrə Yaponiya missiyasının işə salınması 2026-cı ilə təxirə salınıb.

Milli.Az report.az-a istinadən xəbər verir ki, bu barədə Yaponiya Aerokosmik Tədqiqatlar Agentliyi (JAXA) məlumat yayıb.

JAXA "Martian Moons eXploration" (MMX) missiyasının təxirə salınmasını Yaponiyanın avtomatik planetlərarası stansiyasında işə salınmalı olan yeni "H3" daşıyıcı aparatının imkanlarının sınaqdan keçirilməsi və Yer kürəsində avtomatik planetlərarası stansiyanın əlavə sınaqlardan keçirilməsi zərurəti ilə əlaqələndirib.

Qeyd edək ki, MMX Mars və onun iki peyki - Fobos və Deymosun tədqiqi üçün NASA-nın iştirakı ilə hazırlanmış alətlər dəsti də daxil olmaqla, çəkisi təxminən 4 ton olan kosmik gəmidir.

MMX-in əvvəlcə 2024-cü ilin sentyabrında işə salınması planlaşdırılırdı. Zond 2025-ci ilin avqustunda Marsın orbitinə çıxmalı, üç il orada qalmalı, 2029-cu ilin sentyabrında Yerə geri qayıtmalı idi.

MMX missiyasının 2026-cı ilə qədər təxirə salınması qərarı həm də Marsa missiyanın başlanması üçün növbəti mövcud pəncərə ilə əlaqədardır.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.