Ölkə

Xaricdə yaşayan seçicilərin siyahısı artıq MSK-ya təqdim edilib

9 Yanvar 2024 17:51
Baxış: 431
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Xarici İşlər Nazirliyi növbədənkənar Prezdent seçkilərində xaricdə yaşayan seçicilərin siyahısını artıq Mərkəzi Seçki Komissiyasına təqdim edib.

Milli.Az Trend-ə istinadən bildirir ki, bununla bağlı Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında məlumat verilib.

Rövzət Qasımov deyib ki, Xarici İşlər Nazirliyi artıq xaricdə olan seçicilərin siyahısını MSK-ya təqdim edib. Ölkə hüdudlarından kənarda səs verən seçicilərin siyahıya alınması məqsədilə müvafiq seçki dairələrinin siyahısına 15 saylı Yasamal Birinci, 16 saylı Yasamal İkinci, 17 saylı Yasamal Üçüncü və 19 saylı Nərimanov Birinci seçki dairələri daxildir.

Məsələ səsverməyə çıxarılaraq qəbul edilib.

Qeyd edək ki, 2024-cü il fevralın 7-də Azərbaycanda növbədənkənar Prezident seçkiləri keçiriləcək. Bu günə qədər 17 nəfər prezidentliyə namizədliyinin irəli sürülməsinin təsdiqlənməsi üçün müraciət edib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.