İdman

Ali Koç Aziz Yıldırımın istəyini qəbul etdi

15 Dekabr 2024 23:32
Baxış: 1 320
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Fenerbahçe - Başakşehir oyunu öncəsi keçiriləcək mərasimdə Aziz Yıldırımın qızı Yaz Yıldırım da iştirak edəcək.

Milli.Az xəbər verir ki, Süper Liqanın 16-cı həftəsində Fenerbahçe ilə Başakşehir qarşı-qarşıya gələcək.

Ülker Stadionunda keçiriləcək qarşılaşma saat 19:00-da başlayacaq. Oyunun hakimliyini Ozan Ergün icra edəcək.

Oyunun başlanmasına az qalmış maraqlı bir detal ortaya çıxıb. Aziz Yıldırımın qızı Yaz Yıldırımın oyun öncəsi mərasimdə iştirak edəcəyi məlum olub.

Aziz Yıldırım tərəfindən edilən bu xahişin, Ali Koç tərəfindən böyük bir məmnuniyyətlə qəbul edildiyi bildirilib.

Fenerbahçədəki pis gedişatdan sonra açıqlama verən Aziz Yıldırım, belə deyib:
"Bu gün oynayacağımız İstanbul Başakşehir qarşılaşmasının, çempionluğa gedən yolda dönüş nöqtəsi olmasına ümid edirəm. Yaşı kiçik, ürəyi böyük Fenerbahçəli qızım Yaz da bu oyunda mərasimdə iştirak edəcək. Qələbəmizin onun həyəcanını xoşbəxtliklə taclandırmasını arzulayır, komandamıza qalan bütün oyunlarında uğurlar diləyirəm."

Lalə Qüdrətova
Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.