Ölkə

“Növbətçi həkim otağa 7 dəqiqə sonra daxil olub” - VİDEO

9 Yanvar 2024 14:11
Baxış: 2 654
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

14:11

Perinatal Mərkəzdə yanğın gecə saat 03:05 radələrində başlayıb, 7 dəqiqə sonra növbətçi həkim otağa daxil olaraq aidiyyəti qurumlara, Fövqəladə Hallar Nazirliyinə məlumat verib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında baş prokuror Kamran Əliyev deyib.

O qeyd edib ki, dərhal Mərkəzə yanğınsöndürmə qüvvələri çağırılıb:

"Qısa müddətdə yanğın söndürülüb, digər şöbələrə yayılmasının da qarşısı alınıb. Təəssüf ki, 4 körpənin həyatını xilas etmək mümkün olmayıb. Onlar intensiv terapiya şöbəsində müalicə alan küvezdə olan uşaqlar olub".

--------

13:52


"Bakı Perinatal Mərkəzdə yanğın gecə saat 03:05 radələrində başlayıb, 7 dəqiqə sonra növbətçi həkim otağa daxil olaraq aidiyyəti qurumlara məlumat verib".

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bunu hadisə yerində açıqlama verən Baş prokuror Kamran Əliyev deyib.

K.Əliyevin sözlərinə görə, dərhal Mərkəzə yanğınsöndürmə qüvvələri çağırılıb, qısa müddətdə yanğının qarşısı alınıb.

Xatırladaq ki, bu gecə Respublika Perinatal Mərkəzində yanğın baş verib. Mərkəzin Yenidoğulmuşların intensiv terapiya şöbəsində müalicə alan 4 körpənin meyiti aşkar olunub.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.