İranda ilk: Azərbaycanca jurnala icazə verildi
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
İranda ilk dəfə Mədəniyyət Nazirliyinin icazəsi ilə türkcə yayımlan "Azərbaycan və türk tarixi araşdırmaları" adlı elektron jurnal işıq üzü görüb. Artıq dərginin ilk sayı təqdim olunub. Bir sıra yeniliklər də nəzərdə tutmuşuq.
Milli.Az xəbər verir ki, bu sözləri kult.az-a dərginin müdiri və baş redaktoru Tohid Məlikzadə deyib.
Onun sözlərinə görə elektron məcmudə yer alan məqalələri bu ünvana daxil olaraq oxumaq mümkündür:
"Yenilik dedikdə, nəzərdə tutmuşuq ki, məqalələr üç dildə - fars, ingilis və Azərbaycan türkcəsində yayımlansın. Jurnalda yer alan yazılar ərəb əlifbası ilə yanaşı, latın əlifbası ilə də nəşr olunacaq.
Birinci sayını dərc etmişik. Azərbaycan türkcəsində ərəb əlifbasında yayılıb. İkinci nömrəsi isə fevralın sonlarında çıxacaq. İkinci nömrədə latın qrafikasında da yazıların işıq üzü görməsi nəzərdə tutulub. Ümid edirəm ki, bu cəhdimiz uğurlu olacaq. İlk dəfədir ki, burada Azərbaycan türkcəsi əski əlifba ilə yanaşı, latın qrafikasında da dərc olunur. İranda, adətən saytlar iki dildə - fars və ingilis dilində yayımlanır".
Tohid Məlikzadənin sözlərinə görə, jurnal mədəni, tarixi və araşdırma yazılarına açıqdır və arzu edən hər kəs onlarla əməkdaşlıq edə bilər:
"Bizim işimiz, sadəcə, mədəniyyətimizi yaymaqdır. Azərbaycanımızın mədəniyyətini, burda olan varlığımızı, yazıçı və araşdırmaçıları tanıtmaqdır. Bu jurnal bir növ körpü rolu oynayacaq. İnternet vasitəsi ilə qurulan bir körpüdü. Bu, dünyanın istənilən yerindən jurnalı oxumağa və hətta müəllifi ilə əlaqə yaratmağa imkan verir. Xaricdə əski əlifbanı bilmirlər, lakin latın qrafikasında olan məqalələri digər soydaşlarımız da rahat bir şəkildə oxuya biləcəklər. Qeyd edim ki, Azərbaycan türkcəsi, ingilis və farsca məqalələr qəbul olunur. Odur ki, növbəti sayımızadək dünyanın istənilən yerindən olan alimlərimiz, yazıçılarımız öz məqalələrini göndərməyə tələssələr, yaxşı olar".
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun
DİGƏR XƏBƏRLƏR
-
Elza Seyidcahan Türkiyə Yazıçılar Birliyinə üzv oldu
-
Jurnalistlərin sosial şəbəkə paylaşımları da qiymətləndiriləcək
-
Elman Əhmədov vəfat etdi
-
“Param Yok Pulum Yok”un məşhur əkizləri illər sonra üzə çıxdı
-
Azərbaycanda elektroskuterlərlə bağlı dəyişiklik
-
Xalq artisti: “Qızım üçün tiktoker də olaram” (Video)
XƏBƏR LENTİ
-
Gürcüstanda matəm elan olundu
-
Hanoy küçələri bayraqlarımızla bəzədildi - (Video)
-
Elza Seyidcahan Türkiyə Yazıçılar Birliyinə üzv oldu
-
Jurnalistlərin sosial şəbəkə paylaşımları da qiymətləndiriləcək
-
Elman Əhmədov vəfat etdi
-
“Param Yok Pulum Yok”un məşhur əkizləri illər sonra üzə çıxdı
-
Azərbaycanda elektroskuterlərlə bağlı dəyişiklik
-
Xalq artisti: “Qızım üçün tiktoker də olaram” (Video)
-
Məleykə Abbaszadədən rektor kimi ilk açıqlama
-
Hava ilə bağlı son məlumat
-
Ağdam yeni inkişaf mərhələsindədir - Kamaləddin Qafarov
-
Azərbaycan Prezidenti İlham Əliyev Hanoyda Vyetnam Milli Assambleyasının sədri ilə görüşüb - (Foto)
-
Seda Sayan: “Bacımın ərinin xəyanət etdiyi qadını tapıb evə gətirdim"
-
Azərbaycan nefti bahalaşdı
-
“Atlant”ın rəhbəri vəfat etdi
-
Fransada antisemitizm təhlükəsi böyüyür - Yəhudilər ölkədən köçməyə hazırlaşır
-
Karles Puyola vəzifə verildi
-
Trampı “Qiyamət günü” təyyarəsi müşayiət edib
-
Bakı–Balakən qatarının hərəkəti bərpa edilir
-
Məşhur türk serialı final edir - Tarix açıqlandı
-
Göyçayda avtomobil hasara çırpıldı: Ölən və xəsarət alan var
-
"Real" Tçuameni ilə bağlı qərarını verdi
-
İlk müsəlman senator: "Vəzifəmin icrasına Qurani-Kərimə and içərək başlayacağam"
-
Azərbaycan Prezidenti İlham Əliyevin Vyetnamın Baş naziri ilə görüşü olub - (Foto)





