Misir Mərdanov ona qarşı sui-qəsd planından danışdı
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Milli.Az sabiq təhsil naziri, AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunun direktoru, professor Misir Mərdanovun Globalinfo.az-a müsahibəsini təqdim edir:
- Misir müəllim, bir neçə gün əvvəl "kəriməçilərin" sizə sui-qəsd təşkil etməsinə dair xəbərlər yayıldı. Bu haqda nə deyə bilərsiniz?
- Açığı, özümə qarşı hansısa sui-qəsd cəhdi hiss etməmişəm, amma dedilər ki, belə plan olub. Hazırda həmin şəxsin məhkəməsi davam edir, araşdırmalar aparılır.
- Bəs bu cəhd nə zaman olub? Siz nazir olduğunuz dövrdə, yoxsa yaxın vaxtlarda?
- Dəqiq tarixi deyə bilməyəcəm, lakin yeni işimdə olarkən baş verib. Ola bilər, nazir olduğum vaxtla əlaqədardır, çünki burada kiçik vəzifədə çalışıram. Yəqin ki, nazir olduğum zaman hansısa addımım həmin şəxslərin xoşuna gəlməyib. Bu, sadəcə, mənim versiyamdır...
- Sizcə, hansı sözünüz və ya çıxışınız onların xoşuna gəlməyə bilərdi?
- Təxmini düşündüklərim var, amma sui-qəsdə səbəb olacaq bir addım atmamışam. Hazırda araşdırma aparılır. İstintaq yekunlaşmadan bu barədə danışmağım doğru olmaz. Hər şeyi açıqlasam, istintaqın işinə mane ola bilərəm. Hansısa sözüm işə kölgə salar.
- Düşməniniz çoxdur?
- İnanmıram ki, düşmənim olsun, çünki həyatda heç kimə pislik etməmişəm. Ola bilər, yaxşılıq edə bilməyim, amma pislik də etməmişəm.
- Sosial şəbəkələrdə bir çoxu sizin yenidən təhsil naziri olmağınızı arzu edir. Bəs Misir Mərdanov nazir olmaq istəyirmi?
- Gərək elə şey istəyim ki, mümkün və ya mümkünəyaxın olsun. Artıq 78 yaşım var, bu yaşda biri nazir olmaq istəməz. Haqqımda müsbət düşünənlərə təşəkkür edirəm, amma Allah nə qədər ömür veribsə, indiki iş yerimdə çalışıb Vətənimə, xalqıma xidmət edəcəyəm.
- Sizcə, fərqliliyiniz nədədir ki, insanlar hələ də sizi arzulayır?
- Harada işləməyimdən asılı olmayaraq, hər zaman insanların arasında olmuşam. Bəlkə də digərlərindən fərqli olaraq heç vaxt cangüdənlə, sürücü ilə gəzməmişəm, özümə və ailəmə məxsus olan işləri özüm etmişəm, bazarlıqlara tək getmişəm, bu gün də eynisini edirəm. Çalışmışam, insanların arasında daha çox olum, arzu və istəklərini dinləyim. Bütün fəaliyyətim boyunca onlara xidmət etmişəm. Məni sevməklərinin səbəbi bu ola bilər.
- Misir müəllim, övladlarınız arasında sizin yolunuzu davam etdirən var?
- Təəssüf ki, yoxdur. 3 övladım var: oğlum polisdə işləyib, indi təqaüddədir, qızımın biri evdar xanımdır, digəri isə universitetdə dosentdir. Lakin mənim ixtisasım üzrə deyil. Yoldaşım da evdar xanımdır. Bu yaşda mənə baxsa, kifayət edir (gülür).
- Xanımınızın çalışmasını özünüz istəməmisiniz?
- Həyat yoldaşım ali təhsillidir. Hətta universiteti yüksək səviyyədə bitirib. Çalışsa, daha yaxşı uğurlar əldə edə bilərdi, amma istəmədi. Xanımım övladlarımıza, mənə, indi də nəvələrimizə vaxt ayırmağı seçdi. Qərarına hörmətlə yanaşdım. Əvvəllər orta məktəbdə biologiya müəllimi olaraq işləyirdi, sonra istəmədi. Mən onun çalışmasına heç vaxt mane olmamışam. Qərarı xanımım verib.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun
DİGƏR XƏBƏRLƏR
-
Məzahir Qarayevə yüksək vəzifə verildi
-
Demet Özdemirin yeni görünüşü müzakirə yaratdı - (Video)
-
Ayın 17-də qar yağacaq, 10 dərəcə şaxta olacaq - Proqnoz
-
Bakıda metroda faciə: 68 yaşlı kişi qatarda öldü
-
Generalın qızının ev dustaqlığına prokurordan etiraz - Həbs tələb olunur
-
Xaçmazda ev yandı - Ölən var
XƏBƏR LENTİ
-
Məzahir Qarayevə yüksək vəzifə verildi
-
“Bir pəncərə” informasiya sistemi haqqında əsasnamə təsdiq edilib
-
“Yüksəliş” müsabiqəsinin keçirilməsi üçün bir milyon manat ayrılıb
-
Xəzər dənizinin sahilboyu ərazilərində dövlət idarəetməsi təkmilləşdiriləcək - Fərman
-
Demet Özdemirin yeni görünüşü müzakirə yaratdı - (Video)
-
Ayın 17-də qar yağacaq, 10 dərəcə şaxta olacaq - Proqnoz
-
Bakıda metroda faciə: 68 yaşlı kişi qatarda öldü
-
Generalın qızının ev dustaqlığına prokurordan etiraz - Həbs tələb olunur
-
Xaçmazda ev yandı - Ölən var
-
Bakıda bu ərazilərdə kirayə mənzillər bahalaşdı
-
Daha bir ölkədə “Telegram”a qadağa qoyuldu
-
Bank VTB (Azərbaycan)-dan Black Friday fürsəti: 0% komissiya ilə 100 000 AZN-dək kredit!
-
130 nəfər Azərbaycandan deportasiya edildi
-
Prezident İlham Əliyev Dövlət Qulluğu Məcəlləsini təsdiqləyib
-
Prezident İlham Əliyev Əmək Məcəlləsində dəyişiklikləri təsdiqləyib
-
Bakıda avtobus yolunu dəyişdi, dəniz kənarı ilə hərəkət etdi - (Video)
-
Gələn il bütün rayonlar öz xərclərini tam qarşılayacaq
-
Sahibkarların nəzərinə: Qiymətləri belə göstərənlər cərimələnəcək
-
Bu tarixlərdə maqnit qasırğası olacaq - Xəbərdarlıq
-
25 iş gününə 19 min manata yaxın maaş - Azərbaycanda iş elanı
-
Təhlükəsizlik yastığı sürücünün həyatını belə xilas etdi – (Video)
-
İşdən çıxarılan generala yeni vəzifə verildi
-
Fuad Nəcəfli aylar sonra görüntüləndi - (Foto)
-
Azad edilmiş ərazilərdə 152 mina, 1343 hərbi sursat tapıldı - Rəsmi





