Ölkə

Hüseynin anasının sözləri aparıcını göz yaşına böğdu: “Halallıq istəyirdi” – VİDEO

8 Dekabr 2023 13:10
Baxış: 1 478
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Azərbaycan və Ermənistan arasında hərbi qulluqçuların qarşılıqlı surətdə azad edilməsi barədə razılıq əldə olunub. Razılığa əsasən, hazırda Ermənistanın əsir kimi saxladığı azərbaycanlı hərbçilər - Bəbirov Aqşinlə Axundov Hüseyn azad ediləcək.

Milli.Az xəbər verir ki, Hüseyn Axundovun anası Şəlalə Axundova ATV-nin "Xəbərin olsun" proqramının efirində canlı bağlantıya qoşulub.

Şəlalə Axundova oğlunun məktublarında onlardan halallıq istəməsini bildirib:

"Noyabrın 23-ü danışmışdıq, 27-si isə məktubunu almışdıq. Bəlkə də bu xəbər onun özü üçün də sürpriz olub. Çünki Hüseyn məktubunda hamıdan halallıq istəyirdi, biz də qorxurduq. Ömürlük həbs cəzası veriləndə fikirləşdik ki, yəqin bunu bilib, halallıq istəyib".

Şəlalə xanımın bu açıqlamasından sonra verilişin aparıcısı Kübra Məhərrəmova göz yaşlarını saxlaya bilməyib.

Ətraflı videoda:

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.