Prezident seçkilərini tezləşdirən amillər - Tarixi qərarın sirri
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Xəbər verdiyimiz kimi, gələn ilin fevral ayında növbədənkənar prezident seçkiləri keçiriləcək. Ölkə başçısının bugün imzaladığı sərəncamla seçkilərin Mərkəzi Seçki Komissiyasına Seçki Məcəlləsində müəyyən edilmiş qaydada keçirilməsini təmin etmək tapşırılıb.
Qəfil qərar bir çox şəxslərdə müəyyən suallar doğurdu. Çoxlarını bu tarixi qərarın səbəbi maraqlandırır. Bəs siyasi ekspertlər bu barədə nə düşünür?
Siyasi şərhçi Asif Nərimanlının fikrincə bu qərarın iki mümkün səbəbi var:
"Birincisi, Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin tam bərpa edilməsinə nail olan siyasi hakimiyyət mövcud üstünlüyündən istifadə edir: siyasi təcrübədə belə üstünlüyün seçki prosesində istifadə edilməsi təbiidir; İkincisi, Qarabağ mesələsi tam həll edildikdən sonra həm ölkədə, həm də bölgədə yeni situasiya yaranıb, xüsusilə geosiyasi mübarizənin Azərbaycanın daxili siyasi müstəvisinə təsir edəcəyi, yaxud belə cəhdlərin olacağı gözləntisi var: Əliyev daxili siyasətdə üstün mövqeyini daha da möhkəmləndirərək, yeni dövrə güclü şəkildə getmək niyyətindədir".

Politoloq Elxan Şahinoğlu isə düşünür ki, bu qərar geosiyasi vəziyyətlə əlaqəlidir:
"Fikrimcə, prezident İlham Əliyevin 2024-cü ilin 7 fevral tarixində növbədənkənar prezident seçkilərinin keçirilməsi haqda sərəncamı iki amillə əlaqəlidir. Birinci amil əlbəttə ki, Azərbaycanın ərazi bütövlüyü və Qarabağ üzərində suverenliyinin tam bərpasıdır. İkinci amil 2024-cü ildəki geosiyasi vəziyyətlə əlaqəlidir. Cənubi Qafqazda və Azərbaycanda maraqları olan mərkəzlərdə - Rusiya, ABŞ və Avropa İttifaqında da 2024-cü ildə seçkilər keçiriləcək. Böyük oyunçuların başlarının öz seçkilərinə qarışacağından istifadə edilərək Azərbaycanda da seçkini keçirməyə üstünlük verilib. Bu halda Azərbaycanda prezident seçkisinin keçirilməsi planlaşdırılan 2025-ci ili gözləməyə ehtiyac yoxdur".
İslam
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Ərdoğandan BMT ilə bağlı mühüm təklif: Veto hüququ ləğv edilsin
-
Bakıda iki uşaq evdə köməksiz qaldı - (Video)
-
Türkiyədə məktəbə silahlı hücum: 4 şagird yaralandı
-
Azərbaycan nefti kəskin ucuzlaşdı
-
Maştağada fərdi evdə partlayış - Yaralananlar var - (Video)
-
Bu məktəblər distant təhsilə keçdi
-
3-cü kurs tələbəsi əməliyyatda öldü
-
Tahir Gözəl: "Məqamlar olub ki, Qurban Qurbanov klubdan ayrıla biləcəyini bildirib"
-
Manaf əməliyyat olunan Tacir Şahmalıoğlu ilə - (Video)
-
Bakıda təmir edilən yol yenidən çökdü - (Video)
-
F1-də yarışların məsafəsi qısaldılacaq
-
Qaxda 44 yaşlı şəxs bıçaqlandı
-
Xankəndi şəhəri və qəsəbəsinə, Xocalı, Ağdərə və Cəbrayılın kəndlərinə növbəti köç olub
-
Paytaxtın 8 küçəsində tıxac var
-
Nə pilates, nə fitnes, nə də yoqa: Bədən üçün ən sağlam idman növü bəlli oldu
-
Eşşəkdən pələngədək: məşhurların ən qeyri-adi ev heyvanları
-
Ərinin geyiminə reaksiyası müzakirələrə səbəb oldu - (Video)
-
Ruh sağlamlığınızın pisləşdiyini göstərən 8 əlamət
-
Gülben Ergen vəsiyyətnaməsini eks-həyat yoldaşına verəcək - (Foto)
-
Suyun içinə 3 qaşıq əlavə edin: Siçanlar yolunu dəyişəcək
-
45 yaşlı Adriana Limanın son görüntüsü - (Foto)
-
Evdə bişirib satanların nəzərinə: Yeni qaydalar gəlir, sertifikat tələb olunacaq - (Video)
-
Həyat yoldaşınızın sizi aldatdığını büruzə verən 7 sözdən ibarət cümlə
-
Evinizdə bu çiçəkləri saxlamayın: Havanı zəhərləyir, təhlükə saçır





