Azərbaycanda 7,5 bal gücündə ZƏLZƏLƏ OLACAQ? - Seysmoloqdan VACİB AÇIQLAMA
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Xəbər verdiyimiz kimi, bu gün səhər saatlarında Bakıda güclü zəlzələ olub. Bu barədə AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin tədqiqatı bürosu məlumat yayıb. Bildirilib ki, 7 dekabr, yerli vaxtla saat 08:16 Xəzər dənizində zəlzələ qeydə alınıb. Yeraltı təkanlar 5,6 maqnitudada baş verib, zəlzələ ocağı 68 km dərinlikdə yerləşib. Zəlzələ Bakıda və bir sıra şəhərlərdə hiss olunub.
Qeyd edək ki, bir müddət əvvəl ölkəmizdə səfərdə olan türkiyəli akademik, dünya şöhrətli geoloq, İstanbul Texniki Universitetinin Avrasiya Yer Elmləri İnstitutunun əməkdaşı Celal Şengör Azərbaycanda mümkün zəlzələ ehtimalından danışmışdı. Şəhərdə gəzinti zamanı jurnalistlərə açıqlama verən geoloq bildirib ki, Azərbaycan seysmoaktiv zonada yerləşir. Onun sözlərinə görə, Azərbaycanda zəlzələnin maqnitudasının 7,5 bala qədər olma ehtimalı var.
Bu gün olanlar isə Celal Şengörün Azərbaycan haqqında dediklərini yenidən gündəmə gətirib. İnsanlar təşviş içində qorxuya düşüb.
Məsələ ilə bağlı AMEA akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutunun Ekocoğrafiya şöbəsinin müdiri, coğrafiya üzrə fəlsəfə doktoru Ənvər Əliyev bildirib ki, baş verən zəlzələləri normal qarşılamaq lazımdır:
"Təşvişə düşməli deyilik, çünki bizim yaşadığımız coğrafi məkan zəlzələlərin aktiv olduğu ərazilərdir. Düzdür, bizim Yaponiya kimi düşüncəmiz, təcrübəmiz olmadığı üçün zəlzələlərə çox davamlı binalar tikmirik. Buna görə də, bir zəlzələ olan kimi o dəqiqə hay-küy qopur. Burada o qədər də qorxulu bir şey yoxdur. Zəlzələ dənizdə olub və dənizdə olan zəlzələlərin də bura daha az təsiri olur. Bundan qorxuya düşməyə ehtiyac yoxdur. Zəlzələyə normal bir tabiət hadisəsi kimi baxmalıyıq".
Seysmoloq qeyd edib ki, zəlzələ baş veribsə, yenidən qayıdacaq, amma bu yüngül təkanlarla hiss olunacaq. Onun sözlərinə görə, baş verəcək xırda titrəşimlər seysmoloji stansiyalarda qeydiyyata düşəcək: "Amma yenə baş verəcək zəlzələni bizim hiss etmə ehtimalımız çox azdır. Tarix boyu Bakı şəhərində çox güclü və ya dağıdıcı gücə sahib olan zəlzələ baş verməyib.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Rafinya Messinin rekordunu qırdı
-
Şoyqu Paşinyanı tənqid etdi
-
Qanunsuz heyvan kəsimi ciddi risklər yarada bilər
-
Amerikalı məşhur rəssam 88 yaşında vəfat etdi
-
15 yaşlı qapıçı “Kəpəz”in tarixinə düşdü
-
Dövlətin ən həssas sərhədi xəritədə deyil
-
Goranboyda 22 yaşlı oğlanın meyiti əkin sahəsində aşkarlandı
-
Danla Bilic 8-ci dəfə əməliyyat olundu - (Foto)
-
Azərbaycan futbol tarixində ilk: Final Gəncədə olacaq
-
Millimizin Tacikistanla oyununu o idarə edəcək
-
İsveçin Baş naziri istefa verdi
-
Afaq Bəşirqızının adını çəkib ağladı - (Video)
-
İsti hava Avropanı ərzaq böhranı ilə üz-üzə qoydu, qıtlıq yarandı
-
Pensiyalarla bağlı gözlənilən xəbər
-
“Norm” ASC 2025-ci ildə rekord gəlir əldə edib
-
Prezident İlham Əliyev: BMT sistemi normal fəaliyyət göstərsəydi ərazilərimizi güc yolu ilə geri almağa məcbur qalmazdıq
-
Prezident İlham Əliyev: Birgə səylərlə çalışmalıyıq ki, TDT beynəlxalq məsələlərdə daha böyük rol oynasın
-
Prezident İlham Əliyev: Azərbaycanla Türkiyənin birgə fəaliyyəti bölgəmizdə və dünyada sabitliyi daha da gücləndirir
-
Azərbaycanda zəlzələ oldu
-
Türkiyəli bloqer Bakının təmizliyini belə yoxladı – (Video)
-
Famil Mustafayev 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib
-
Sərnişinlərə alternativ marşrut təklif edildi: Cəmi 11 dəqiqəyə çatacaqsınız - (Foto)
-
“Trabzonspor”un yeni baş məşqçisi açıqlandı
-
Demet Akalına konsertində əxlaqsızlıq - (Video)





