Qulluq stajına görə hərbçilərin pensiyasına əlavələr niyə fərqli hesablanıb? - RƏSMİ AÇIQLAMA
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Sosial sığorta və pensiya siyasəti şöbəsinin müdiri Elnur Abbasov qulluq stajına görə hərbçilərin əmək pensiyasına əlavələrin fərqli hesablanmasına aydınlıq gətirib.
Milli.Az-ın məlumatına görə, Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bugünkü iclasında "Əmək pensiyaları haqqında" qanuna təklif olunan dəyişikliyin birinci oxunuşda müzakirəsi zaman E.Abbasov bildirib ki, hərbi qulluqçular var ki, eyni vəzifədə, fərqli rayonda işləyir, onlardan biri yüksəkliyə görə qulluq əlavəsi alır, biri almır.
"Belə amillər təminat xərcliyinə təsir edir: Bu amillər təminat xərcliyinə təsir etdiyinə görə də məbləğ fərli çıxır. Yaxud əlavələrə xidmət etdiyi illər təsir edir. Tutaq ki, bir hərbçi 22 il, digər hərbçi 25 il xidmət edir, arada 5-10 faizə qədər fərq yaranır. Hərbçilərlə bağlı 20-ci maddədə 4 alt bənd var. Burada xidmət illərini tamamlayaraq pensiyaya çıxanlar, yaşa və səhhətinə görə pensiyaya çıxanlar, ştatların ixtisarına görə pensiyaya çıxanlar və Çernobıl AES-də qəzanın nəticələrinin aradan qaldırılması işlərində köçürmə zonasında iştirak etmiş hərbi qulluqçular məsələsi var.
Bunların hər birində əmək pensiyasına əlavələrin faizləri fərqlidir. Məsələn, qarışıq stajda bu əlavələr 1 faizdir. Ancaq 25 ilini tamamlayıb pensiyaya çıxanlarda bir qayda olaraq Müdafiə Nazirliyi sistemində çalışıbsa, bu dəyişiklik təsdiq olunandan sonra hər ilinə görə pensiya təminatına 3 faiz əlavə veriləcək, digər qurumlarda isə 2 faiz verilməsi davam edəcək. Yəni qarışıq stajda pensiyaya çıxanlara verilən 1 faiz əlavə azaldılmır.
Faizlər arasında fərqin aradan qaldırılması ilə bağlı deputatlar tərəfindən irəli sürülən təkliflərə gəlincə, uzun müddət hərbi xidmətin hesablanması ilə bağlı Nazirlər Kabinetinin 631 saylı qərarı var. Həmin qaydalarda xidmət dövrləri bəzi ərazilər və hərbi hissələrdə 2 qat, 1,5 qatla hesablanır. Məsələn, cəbhə bölgəsində xidmət edirsə, 1 ili 2 il kimi hesablanır.
Bizim təhlillər, statistika onu göstərir ki, əksəriyyət hərbi qulluqçularda təqvim ili 25, 30 təqvim ili olmasına baxmayaraq, onun xidmət dövrü əmsallar nəzərə alınmaqla 40 il, 45 il, bəzən daha uzun müddət olduğuna görə böyük əksəriyyəti 100 faiz xidmət dövrünü tamamlayırlar. Ona görə də buna müdaxilə etməyə, bu sahədə qanunu dəyişməyə zərurət görmədik", - deyə o əlavə edib.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun
DİGƏR XƏBƏRLƏR
-
Xarici onlayn platformlardan alınan xidmətlərin qiyməti dəyişir - (Video)
-
"Sumqayıt yolu"ndakı tıxac problemi nə vaxt həll olunacaq? - (Video)
-
Qumbaranı evə Xədicənin qardaşı gətiribmiş - təfərrüat
-
Lənkəranda ağır qəza: "Mercedes Vito" TIR-a çırpıldı, ölənlər var - Yenilənib (Foto)
-
Tacir Şahmalıoğlu arıqlamasının səbəbini açıqladı
-
Tələbələr dərsə getmək üçün beton maneələri aşırlar - (Video)
XƏBƏR LENTİ
-
Süni intellektlə hazırlanan dərman qocalmanı ləngitdi
-
Yatanda işığı açıq saxlamaq ürəyə ziyandır
-
Bu aylarda doğulanların taleyi dəyişəcək
-
Xarici onlayn platformlardan alınan xidmətlərin qiyməti dəyişir - (Video)
-
Dünyanın ən gözəl şəhəri - Venesiya və Barselonanı geridə qoydu
-
Vatikan ilk dəfə “Oskar”a namizədlik üçün film təqdim edəcək
-
"Sumqayıt yolu"ndakı tıxac problemi nə vaxt həll olunacaq? - (Video)
-
Qumbaranı evə Xədicənin qardaşı gətiribmiş - təfərrüat
-
Lənkəranda ağır qəza: "Mercedes Vito" TIR-a çırpıldı, ölənlər var - Yenilənib (Foto)
-
Günün qoroskopu: İntuisiyanızın dediklərinə güvənin
-
Tacir Şahmalıoğlu arıqlamasının səbəbini açıqladı
-
Tələbələr dərsə getmək üçün beton maneələri aşırlar - (Video)
-
Toyda bəy əsəbləşərək tortu yerə çırpdı - (Video)
-
İmişlidə zəlzələ olub
-
Paşinyan referendumdan imtina etdi: "Hələlik tezdir"
-
Vinisus Junior əsas heyətdə mövqeyini itirə bilər
-
Gələn il Azərbaycanın müdafiə və milli təhlükəsizlik xərcləri 1,1 faiz artacaq
-
Şəhid xanımı 4-cü mərtəbədən yıxılıb öldü
-
Azərbaycanın 2027-ci ildə xərc üzrə siyasətinin əsas istiqamətləri açıqlanıb
-
Məşhurlar Üzüm və Şərab Festivalında konsert proqramı ilə çıxış edəcək - (Video)
-
Gələn il dollar neçəyə olacaq? - rəsmi
-
Məşhur müğənninin müəmmalı ölümü: iki həkim həbs edildi
-
Azərbaycanın inflyasiya proqnozu açıqlanıb
-
Azərbaycanın iqtisadi artım proqnozuı açıqlanıb





