DSX-nin baş gizirinin necə qətlə yetirilməsi məlum olub - İTTİHAM AKTI
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Paytaxtda mahnı sifarişi üstündə Dövlət Sərhəd Xidmətinin (DSX) baş gizirini qətlə yetirməkdə, digər əməkdaşını isə bıçaqlamaqda təqsirləndirilən Orxan Zeynalov və İlqar Abdurrahmanovun cinayət işi üzrə məhkəməsinin ilk baxış iclası keçirilib.
Milli.Az "Report"a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə prokuror Eldar Həmzə ittiham aktını elan edib.
İttiham aktına görə, hadisə bu ilin martında paytaxtın Nəsimi rayonunda qeydə alınıb.
Aparılmış istintaqla müəyyən edilib ki, Orxan Zeynalov tanışları İlqar Abdurahmanov və Rauf Şıxəliyevlə birlikdə Bakı şəhəri, 9-cu mikrorayondakı "Mağara" restoranında yemək yeyib spirtli içki qəbul etdikdən sonra məclislərini davam etdirmək üçün "Huqqa" restoranına gəliblər. Onlar ümumi zalda xuliqanlıq hərəkətləri etməklə Cəsarət Vəliyev və Camal Həsənovun üz və sifət nahiyələrinə yumruqla zərbələr vurub.
İlqar Abdurrahmanov Cəsarət Vəliyevin müqavimətini qırmaq və özünü müdafiəetmə imkanını məhdudlaşdırmaq məqsədilə onun başını qoltuqaltına salıb sıxıb, Orxan Zeynalov isə üzərində gəzdirdiyi soyuq silah hesab edilən zavod üsulu ilə hazırlanmış ümumi təyinatlı qatlanan ov bıçağını silah qismində istifadə edərək zərərçəkmiş Cəsarət Vəliyevə zərbələr endirib. İlqar Abdurrahmanov isə yerə yıxılan Cəsarət Vəliyevi təpiklə onun baş nahiyəsinə bir neçə dəfə zərbə vurub və nəticədə zərərçəkmiş ölüb.
Daha sonra O.Zeynalov Camal Həsənova bıçaqla xəsarət yetirib, İ.Abdurrahmanov isə onunla əlbəyaxa olub.
Hadisədən dərhal sonra Camal Həsənov xəstəxanaya aparıldığından həyatını xilas etmək mümkün olub.
İclasda söz təqsirləndirilən şəxslərə verilib. Orxan Zeynalov ona qarşı irəli sürülən ittiham üzrə özünü qismən, İlqar Abdurrahmanov isə, ümumiyyətlə, təqsirli bilməyib.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun
DİGƏR XƏBƏRLƏR
-
Bir vəkil kollegiyadan çıxarıldı, ikisinə töhmət verildi
-
Azərbaycan onu Türkiyəyə təhvil verdi
-
“Səhər tezdən bunun şahidi oldum” - Zaur Baxşəliyevi kövrəldən an - (Video)
-
Bakı-Sumqayıt yolunda ağır qəza - Avtomobillər aşdı - (Video)
-
Bərdədə “Kalaşnikov” avtomatı və 29 patron aşkarlandı
-
Azərbaycanla bu ölkə arasında viza ləğv edilir
XƏBƏR LENTİ
-
Bir vəkil kollegiyadan çıxarıldı, ikisinə töhmət verildi
-
Azərbaycan onu Türkiyəyə təhvil verdi
-
25 yaşlı türk futbolçu vəfat etdi - (Foto)
-
“Səhər tezdən bunun şahidi oldum” - Zaur Baxşəliyevi kövrəldən an - (Video)
-
Bakı-Sumqayıt yolunda ağır qəza - Avtomobillər aşdı - (Video)
-
Bərdədə “Kalaşnikov” avtomatı və 29 patron aşkarlandı
-
Hədəflər müəyyənləşib, Azərbaycanın yeni sənaye mərhələsi başlayır - Sevil Mikayılova
-
Azərbaycanla bu ölkə arasında viza ləğv edilir
-
Bakıda skuterdən yıxılan kişi öldü
-
Prezident İlham Əliyev İsveçin Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul edib - (Foto)
-
Ayın 24-də leysan yağacaq, dolu düşəcək - Proqnoz
-
Bu klub ev oyunlarını Xankəndidə keçirəcək
-
Pakistanda nazir silahlı şəxslər tərəfindən qaçırıldı
-
Tacir Şahmalıoğlu əməliyyatdan sonra ilk dəfə paylaşım etdi - (Video)
-
Paytaxtda anım gününə həsr edilən ağacəkmə aksiyası keçirilib - (Foto)
-
“Avtovağzal” və “Xocəsən” stansiyalarında giriş niyə pulsuz edildi? - Açıqlandı
-
Azərbaycan Qran-Prisi: İsak Hadjar yarışlara qayıdır
-
Alim Qasımov Üzeyir Mehdizadə ilə duetinə görə 1 milyon manat alıb? - Açıqlama
-
Ceyran Rəhimova illər sonra bu kanalda aparıcılıq edəcək
-
Azərbaycanda tanınmış idmançı tutuldu
-
Martin Ryan əfv edilib
-
İrem Derici: "Dünyanın ən yaxşı anası olaram"
-
Prezident İlham Əliyev əfv Sərəncamı imzalayıb
-
Prezident İlham Əliyev Estoniyanın Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul edib - (Video/Foto)





