Ölkə

Alimin ölümünə səbəb olan Azər Maqsudovdan xəbər var

27 Noyabr 2023 14:45
Baxış: 2 399
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Noyabrın 15-də piyadanın ölümü ilə nəticələnən yol qəzasını törətmiş həkim Azər Maqsudov Kliniki Tibbi Mərkəzin (KTM) Toksikologiya şöbəsinin müdiri kimi vəzifəsini davam etdirir.

Milli.Az xəbər verir ki, İqtisadiyyat.az-ın əldə etdiyi məlumata görə, o, hazırda işinin başındadır.

A.Maqsudov tibb elmləri namizədi, toksikologiya üzrə mütəxəssisdir. Peşəkar həkim 1989-cü ildən o zamankı "Semaşko" xəstəxanasında (hazırki Kliniki Tibbi Mərkəz) toksikologiya şöbəsində çalışır. O, 1998-ci ildən isə Toksikologiya şöbəsinin müdiridir. 

Xatırladaq ki, Azər Maqsudov noyabrın 15-i saat 23 radələrində Sabunçu rayonu ərazisində idarə etdiyi "Mercedes" markalı avtomobillə qəza törədib. Qəza 1956-cı il təvəllüdlü Arif Acaloğlunun yüksək sürətli avtomobil yolunun piyadalar üçün nəzərdə tutulmayan hissəsində avtomobilin qarşısına qəfil çıxması nəticəsində baş verib. Dərhal A.Maqsudov özü A.Acaloğlunu Sabunçu Rayon Mərkəzi Xəstəxanasına aparıb. Həkimlərin səyinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində cinayət işi başlanıb, araşdırma aparılır.

Qeyd edək ki, hadisə nəticəsində ölən Arif Acaloğlu İstanbul Mərmərə Universtitetinin müəllimi, türkoloq alim olub. Türkiyədə yaşayan alim Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) dəvəti ilə Bakıya gəlibmiş. O, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda "Əhməd Ağaoğlu və Türk dünyası" mövzusunda noyabrın 16-da keçirilmiş beynəlxalq elmi konfransa dəvət olunubmuş.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.