Ölkə

Bakıda bu ərazidə "xruşovka"lar sökülür - Sakinlərə 400 AZN kirayə pulu və mənzillər veriləcək

27 Noyabr 2023 09:10
Baxış: 9 023
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bakının daha bir rayonunda binalar plana düşüb.

Milli.Az baku.ws-ə istinadən bildirir ki, söhbət Qaradağ rayonu, Lökbatan qəsəbəsindəki Sovet dönəmində tikilən çoxmənzilli binalardan gedir.

28 May küçəsində yerləşən ikimərtəbəli binaların söküntüsünü icra edən şirkət həmin ərazidə hündürmətəbəli bina tikəcəyi üçün vətəndaşlara elə həmin binadan mənzillər təklif edib. Bundan əlavə binaların tikintisi başa çatanadək evləri sökülən vətəndaşlara 400 manat kirayə pulu da veriləcək.

Qeyd edək ki, sakinlərin bir çoxu şirkətin təklifini qəbul edərək evləri tərk ediblər.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.