Ölkə

“Azərbaycanda 25 min manat əməkhaqqı alan həkim var”

22 Noyabr 2023 17:20
Baxış: 1 714
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Hazırda Azərbaycanda həkimlər arasında aylıq maksimum 24 500 manat əməkhaqqı (vahid cədvəl tarifi+aylıq sabit əlavə+bonus) alan həkim-ümumi cərrah var".

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu sözləri İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Maliyyə departamentinin əməkdaşı Səməd Səmədov deyib.

İcbari tibbi sığortanın tətbiqindən sonra  həkimlərə ödənilən aylıq əməkhaqqının artdığını deyən qurum rəsmisi qeyd edib ki, hazırda 12 700 manat alan oftalmoloq, 8 900 manat alan mama-ginekoloq, 6 750 manat alan radioloq var.

S.Səmədov əlavə edib ki, 2019-cu illə müqayisədə dövlət tibb müəssisələrində işləyən həkim-mütəxəssislərin minimum əməkhaqlarında 3,2 dəfə, gəlirlərində (sabit əlavə və bonus) isə 5 dəfədən 50 dəfəyədək artım olub.
 

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.