Ölkə

Orqan transplantasiyasının illik limiti açıqlandı - RƏSMİ

22 Noyabr 2023 15:03
Baxış: 759
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

İcbari tibbi sığortanın Xidmətlər Zərfi bu ilin avqust ayında yenilənib. Tibbi xidmət sayı 3315-ə çatdırılıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Marketinq və ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri Aynurə Əhmədova deyib.

O bildirib ki, sayı artırılan tibbi xidmətlər ixtisaslaşdırılmış ambulator, laboratoriya, invaziv radioloji və stasionar tibbi xidmətlərdir:

"Yeni xidmətlər sırasına vətər, əzələ köçürülməsi, sümük iliyi, böyrək və qaraciyər transplantasiyası əməliyyatları da əlavə olunub.

2023-cü ilin avqust ayından bəri icbari tibb sığorta çərçivəsində icra edilmiş orqan transplantasiyası əməliyyatlarının sayı böyrək transplantasiyası, qaraciyər transplantasiyası, sümük iliyi üzrə müvafiq olaraq 21, 15 və 1 olub".

Vurğulanıb ki, ki, qaraciyər, böyrək və sümük iliyi transplantasiyası əməliyyatları üzrə illik limit sayı müvafiq olaraq 100, 150 və 20 müəyyən edilib:

"Bu transplantasiya əməliyyatları zamanı dərman təchizatı Xidmətlər Zərfi ilə təminata alınıb. Transplantasiya üçün bir canlı donorun əməliyyata hazırlanması və əməliyyatı tibbi xidmətin tarifinə daxildir".

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.