Ölkə

Doğma yurda qayıdışdan böyük sevinc hissi ola bilməz – Laçın sakini

22 Noyabr 2023 09:14
Baxış: 674
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Doğma yurda qayıdışdan böyük sevinc hissi ola bilməz.

Bunu Trend-ə  açıqlamasında Laçın sakin Şahsuvarov Rauf deyib.

Onun sözlərinə görə, hazırda Laçın günü-gündən dirçəlməkdədir. Orada quruculuq işləri davamlı şəkildə aparılır. Bu isə hamımızı sevindirir.

"Öz yurdundan uzun illər didərgin düşmüş insanların geri qayıtmalarını arzulayıram.

Xankəndidə üç rəngli bayrağımızın dalğalanması bizi ürəkdən sevindirdi. İnşallah oraya da sakinlərimiz qayıdacaq.

Ali Baş Komandanımıza təşəkkürümüzü bildiririk. Yəqin ki, Ali Baş Komandanın rəhbərliyi, xalqımızın birliyi nəticəsində daha çox xoş günlərimiz qarşıda olacaq", - deyə o qeyd edib.

Qeyd edək ki, bu gün də nəzərə alınmaqla Laçın şəhərində 346 ailə, yəni 1326 nəfərin daimi məskunlaşması təmin edilib.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.