Ölkə

"Azərbaycanda elmin maliyyələşdirilməsində yeni model tətbiq edilə bilər"

21 Noyabr 2023 13:56
Baxış: 671
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Azərbaycanda elmin maliyyələşdirilməsində yeni modelin tətbiq edilməsi və bununla bağlı əmək haqqı üzrə fərqləndirmələrin tətbiq edilməsi təklif olunur.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu Milli Məclisin plenar iclasında maliyyə naziri Samir Şərifov çıxış edib.

Nazir qeyd edib ki, Prezidentin müvafiq fərmanına uyğun olaraq bu sahədə də genişmiqyaslı islahatlar həyata keçiriləcək.

"Bu barədə də müvafiq qurumlar aidiyyəti məlumatları deputatların və ictimaiyyətin diqqətinə çatdıracaq", - deyə o əlavə edib.

Qeyd edək ki, bu gün Milli Məclisin növbəti iclası keçirilir. İclasda 20 məsələ müzakirə olunur.

Milli.Az 
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.