Ölkə

Azərbaycanda çörək UCUZLAŞDI - FOTO

28 Oktyabr 2023 09:34
Baxış: 3 194
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycanda çörəyin qiymətində ucuzlaşma müşahidə edilib.

Milli.Az xəbər verir ki, Trend-in apardığı araşdırma zamanı məlum olub ki, 60 qəpiyə satılan zavod çörəyinin qiyməti artıq 55 qəpikdir.

Bu da çörəyin qiymətinin daha 5 qəpik ucuzlaşması deməkdir.

Qeyd edək ki, son bir ayda Azərbaycanda unun qiyməti bahalaşıb.

Topdansatış mərkəzlərində satılan 50 kiloqramlıq un kisəsinin qiymətində 1 manata yaxın artım olub. Bu da ölkədə çörəyin qiymətinə necə təsir edəcəyi barədə suallara səbəb olurdu.

Xatırladaq ki, Azərbaycanda unun topdansatışı ilə 23 şirkət və bir fərdi sahibkar məşğul olur. Əksər satış mərkəzlərində qiymət artımı qeydə alınıb.

Milli.Az 

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.