Ölkə

“Deyirdi ki, nəvəmin ölümünü görsəm, ürəyim partlayar...”

1 Fevral 2025 12:16
Baxış: 1 095
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Yevlax rayonunda nəvəsi qəzada öldüyü üçün intihar edən nənənin ölümünün təfərrüatı məlum olub.

Milli.Az xəbər verir ki, bu barədə Baku TV-yə mərhumun qohumları danışıb.

Samir Məmmədovun sözlərinə görə, 64 yaşlı Lalaxanım Rzayeva həyatına son qoymazdan əvvəl nəvəsinin ölümünə dözə bilməyəcəyini deyib: "Sözün bitdiyi andır. Nəvəsi ilə nəfəs alırdı, bu dərdə dözmədi. "Nəvəmin ölümünü görə bilmərəm, görsəm, ürəyim partlayar" deyirdi. Sonra da dərman içərək canına qəsd etdi".

Qeyd edək ki, 15 yaşlı Amin Rzayevi yanvarın 23-də məktəbdən qayıdarkən maşın vurub. Ağır vəziyyətdə Mingəçevir Şəhər Xəstəxanasına yerləşdirilən yeniyetmə komadan ayılmayıb və yanvarın 30-u dünyasını dəyişib. O, komada olan zaman nənəsi yanvarın 28-də sirkə içərək canına qəsd edib. 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.